Elektrik naqillərinin istehsalı və satışının qanunauyğunluğu yoxlanılır
Bakı, 11 oktyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Xırdalan şəhəri, Aşıq Ələsgər küçəsi, 5 ünvanında "Birlik" MMC-yə məxsus istehsalat sahəsində yoxlama aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yoxlama zamanı müəssisədə istehsal edilən, polietilen qablaşdırmada olan 1167 ədəd elektrik naqillərinin etiketlərində ölçüyə dair məlumatın yanlış göstərilməsi ilə istehlakçıların aldadılması halına yol verildiyi müəyyən olunmuşdur. Qablaşdırılmış həmin elektrik naqillərinin hər birinin üzərində naqillərin uzunluğunun 100 metr olması göstərildiyi halda, "Ünal kablo", "Simtel kablo", "Aytel kablo", "Tümka" adlı naqillərin faktiki uzunluğunun 80-90 metr olduğu aşkar edilmişdir. Yoxlama zamanı, həmçinin həmin naqillərin etiketlərinin üzərində istehsalçı müəssisə barədə məlumatın qeyd edilmədiyi müəyyən olunmuşdur.
Yol verilmiş qanun pozuntuları ilə əlaqədar, polietilen qablaşdırmada olan 1167 ədəd elektrik naqillərinin satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış bu cür malların geri yığılması barədə "Birlik" MMC-yə icrası məcburi göstəriş verilmişdir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə araşdırmalarını davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [19:53]
SOCAR: Təbii qaza tələbat hələ uzun müddət davam edəcək
- 02.06.2026 [19:49]
31-ci Bakı Enerji Forumu başa çatıb - YENİLƏNİB VİDEO
- 02.06.2026 [19:14]
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib VİDEO
- 02.06.2026 [19:12]
Azərbaycan-Aİ strateji enerji tərəfdaşlığı nəzərdən keçirilib
- 02.06.2026 [19:03]