“Elektron hökumət” portalında 5 yeni elektron xidmət istifadəyə verilib
Bakı, 9 yanvar, AZƏRTAC
“Elektron hökumət” portalına yeni elektron xidmətlər əlavə edilib.
Bu barədə AZƏRTAC-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. Məlumata görə, Vergilər Nazirliyinin 5 xidməti portala inteqrasiya edilib. Belə ki, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı”, “Vergi Apelyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi”, “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi”, “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” və “Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması” xidmətlərinin “Elektron hökumət” portalı üzərindən göstərilməsinə başlanılıb.
Bu xidmətlər “Elektron hökumət” portalına əlavə olunduqdan sonra Vergilər Nazirliyinin portal üzərindən göstərdiyi xidmətlərin sayı 59-a çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]