Ələt–Kurık marşrutu ilə daşımaların xərcləri azaldılıb
Nur-Sultan, 2 iyun, AZƏRTAC
Ələt (Azərbaycan) - Kurık (Qazaxıstan) marşrutu ilə dəniz nəqliyyatı vahid daşımalarının xərcləri 1800 ABŞ dollarına endirilib. Qeyd edək ki, əvvəllər avtomobil nəqliyyatı vasitələri üzrə gediş və gəliş vahid tarifi 2400 ABŞ dolları təşkil edirdi.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi məlumat verib.
2021-ci ilin birinci rübündə Qazaxıstan və Türkiyə ilə avtonəqliyyat daşımaları arasında müsbət dinamika müşahidə olunur və 283,3 min ABŞ dolları məbləğində 91,1 min ton yük nəql edilib. Artım 2020-ci ilin eyni dövrü ilə müqayisədə 40 faizdir (62,5 min ton).
Məlumatda bildirilir ki, tranzit-nəqliyyat əməkdaşlığının dinamik inkişafının ayrılmaz şərtlərindən biri də yerli daşıyıcıların beynəlxalq avtomobil yük daşımaları bazarında rəqabət qabiliyyətinin artırılması və xarici daşıyıcılarla bərabərhüquqlu paritet səviyyəsinin təmin olunmasıdır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]