ƏLİ SULTANLININ “ANTİK ƏDƏBİYYAT TARİXİ” KİTABI TƏKRAR NƏŞR EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Nurlan” nəşriyyatında tanınmış alim, mərhum professor Əli Sultanlının “Antik ədəbiyyat tarixi” kitabı təkrar nəşr edilmişdir.
Azərbaycan ali məktəblərinin dil və ədəbiyyat fakültələrində oxuyan tələbələr üçün vaxtilə yazılmış dərsliyin birinci hissəsi olan bu kitab müəllifin müxtəlif zamanlarda dərc etdirdiyi məqalələr, buraxdırdığı kitabçalar, etdiyi məruzələr və oxuduğu mühazirələr əsasında tərtib olunmuşdur.
Təkrar nəşr zamanı kitabın mətni, sovet dövrü ideologiyasının tələbləri ilə bağlı bəzi cəhətlərin islahı və müasir orfoqrafiya qaydaları baxımından edilmiş vacib düzəlişlər istisna olmaqla, olduğu kimi saxlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]