Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əliməmməd Nuriyev: Cəza siyasətinin humanistləşdirilməsi müasir dövrün tələblərinə cavab verir

Əliməmməd Nuriyev: Cəza siyasətinin humanistləşdirilməsi müasir dövrün tələblərinə cavab verir

Bakı, 15 fevral, AZƏRTAC

“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Prezidentinin Sərəncamı son 12 ildə penitensiar sahədə, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı aparılan islahatların növbəti mərhələsinə start verir.

Bu fikri “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev fevralın 15-də AZƏRTAC-a açıqlamasında deyib.

Sərəncamda nəzərdə tutulan yeniliklərin ölkəmizdə aparılan islahatlar kontekstində də nəzərdən keçirilməsinin vacibliyini vurğulayan Ə.Nuriyev bildirib ki, Azərbaycanda siyasi, iqtisadi islahatlar həmahəng şəkildə aparılır. Digər sahələrdəki dəyişikliklər də bu islahatları tamamlayır və inkişaf üçün yeni imkan, stimul yaradır. Bu baxımdan Penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini nəzərdə tutan Sərəncam məhz zamanın ruhuna uyğundur. Azərbaycan bütün sahələrə yeniliklər, dinamizm və qabaqcıl standartlar gətirən islahatlar mərhələsindən keçir. Cəza siyasətinin liberallaşdırılmasına da bu prizmadan yanaşılmalıdır.

“Penitensiar xidmətin fəaliyyəti və bütövlükdə cəzaların icrası sahəsində yeni islahatlar bir tərəfdən, hazırda ictimai münasibətlərdə və cəmiyyət həyatının bütün sahələrində baş verən sürətli dəyişikliklərlə şərtlənirsə, digər tərəfdən, mövcud problemlərin səmərəli həllinə olan ehtiyac bunu zəruri edirdi. Bu baxımdan Prezident İlham Əliyevin bu təşəbbüsü həm müasir dövrün tələblərini nəzərə alır və innovasiyalar üçün imkan yaradır, həm də mövcud problemlərin səmərəli həlli üçün yeni yanaşmalardan və qabaqcıl dünya təcrübəsindən yararlanmağı təqdim edir. Bu addım həm də zamanında atılıb və penitensiar sahədə, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı indiyədək əldə edilmiş təcrübədən səmərəli yararlanmaq imkanı verir. Sərəncamı diqqətlə təhlil etsək, görərik ki, burada həm cəmiyyətin, həm fərdin, həm də dövlətin maraqları nəzərə alınıb. Uzun illərdir cəzaçəkmə müəssisələrində monitorinqlər aparan, penitensiar sistemin fəaliyyəti ilə yaxından tanış olan şəxs kimi deyə bilərəm ki, Sərəncamda mövcud problemlər çox aydın şəkildə göstərilib”, - deyə Ə.Nuriyev bildirib.

Diqqətə çatdırıb ki, Sərəncamda nəzərdə tutulan tədbirlər və Probasiya xidmətinin yaradılması bu problemi əhəmiyyətli dərəcədə həll etməyə imkan yaradacaq. Digər tərəfdən, alternativ cəzaların tətbiqi ilk növbədə fərdin, vətəndaşın maraqlarını əsas tutmağa imkan verəcək. Bir qayda olaraq, bütün cəmiyyət və dövlət cəza siyasətində kollektiv maraqların əsas tutulmasına çalışır və cəza siyasəti buna uyğun həyata keçirilir. Amma alternativ cəzaların geniş tətbiqi məhz fərdin hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. Obrazlı şəkildə deyə bilərik ki, alternativ cəzaların tətbiqi vətəndaş üçün daha humanist islah yolu təqdim edir. Sərəncamda daha çox bu məsələyə diqqət yetirilməsi çox mühümdür. Dövlətimizin başçısı aydın mesaj verdi ki, alternativ islah yolları hazırda dövlət üçün də prioritet olmalıdır. Yəni, dövlət cəza siyasətində əvvəlki təcrübə ilə müqayisədə azadlığın sərhədlərini daha da genişləndirir. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qeyd etdiyi kimi, “İmzalanan Sərəncam möhtərəm Prezident İlham Əliyev cənablarının humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Bu Sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir”.

Ədliyyə Nazirliyi, Penitensiar xidmət hər zaman cəzaların icrası sahəsində mütərəqqi yeniliklərə açıq olub. Bu vaxta qədər bu sahədə çoxşaxəli islahatlar həyata keçirilib, səmərəli ictimai nəzarət sistemi tətbiq olunub. Həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də institusional sahədə yeniliklər tətbiq edilib. Bu Sərəncam isə indiyədək görülən işlərin davam etdirilməsi, yeni islahatlar üçün çox yaxşı imkan yaradır və vəzifələri müəyyənləşdirir. F.Ələsgərov müsahibəsində bunu çox dəqiq ifadə edib: “Sərəncam penitensiar sahənin inkişaf etdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi üçün proqram xarakteri daşımaqla bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün “yol xəritəsi” olacaq”.

Ekspert qeyd edib ki, digər mühüm məsələ Penitensiar xidmətin fəaliyyətində nəzərdə tutulan islahatlardır. Bu zaman da yeni yanaşma tətbiq olunur. İslahatlar Penitensiar xidmətə öz fəaliyyətini müasir tələblərə uyğun şəkildə qurmağa imkan verəcək. Sərəncamda, xüsusilə alternativ cəzaların çəkilməsi ilə bağlı səmərəli nəzarət sisteminin yaradılmasının vacibliyi vurğulanıb. Cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması ilə bağlı tədbirlərin görülməsinin planlaşdırılması da çox mühümdür.

Eyni zamanda, alternativ cəzaların tətbiq edilməsi halları genişləndikcə, ictimai işlər və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəzalara məhkum edilən şəxslərin böyük kontingenti yaranacaq. Bu sistemin idarə olunması, islah sisteminin səmərəli işləməsi üçün də Sərəncama əsasən, tədbirlər görüləcək. Şübhəsiz ki, Probasiya xidməti məhz bu sistemi idarə edəcək, məntəqə tipli cəzaçəkmə müəssisələri yeni formatda fəaliyyət göstərməli olacaqlar. Məhkumların əməyə daha çox cəlb edilməsinin genişlənməsi ehtiyacı yaranacaq. Bütün bunlar üçün də müasir həll variantları təklif edilir. Xüsusən bizneslə əməkdaşlıq imkanları yaranacaq. İKT-nin tətbiqi isə insan hüquq və azadlıqlarını pozmadan ləyaqətli rəftar standartları çərçivəsində nəzarəti həyata keçirməyə imkan verəcək.

Ə.Nuriyev bildirib ki, Probasiya xidmətinin yaranması sosial inteqrasiya tədbirlərinin daha effektiv görülməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, adaptasiya tədbirlərini həyata keçirməyə imkan verəcək. Bunun fəlsəfəsində cəmiyyət və dövlətin çətin həyat şəraitinə düşən, bundan irəli gələrək səhv buraxan insanların daha humanist yolla islahına nail olmaqdır. Yəni, cəmiyyət və dövlət belə səhvlərin aradan qaldırılması üçün daha humanist yanaşma nümayiş etdirir. Probasiya tədbirləri ilk növbədə, profilaktika deməkdir. Yəni, səhv edən vətəndaşlar alternativ cəzaların köməyi ilə islah edilir. Bunun üçün dəmir barmaqlıqlar arxasında oturmağa ehtiyac qalmır. Probasiya tədbirləri insanı cəmiyyətdən təcrid etmədən onun islahına imkan yaradır. Ekspert araşdırmalarına görə, azadlıqdan məhrumetmə qətimkan tədbiri seçilmədən islah olunma dövlətə beş dəfə ucuz başa gəlir. Eyni zamanda, bu tədbirlər cəza verilən şəxslər üçün cəmiyyətin xeyrinə işləmək və fayda vermək şansı da yaradır. Probasiya xidmətinin yaradılması cəzanı cəmiyyət və cəza təyin edilmiş şəxsin özü üçün yenidən tərbiyəyə çevirmək imkanı yaradır.

Şübhəsiz ki, bütün bu addımlar məhz toplumun maraqlarına xidmət edir, cəmiyyətdə humanist dəyərlərin möhkəmlənməsini şərtləndirir. Humanist dəyərlər isə tərəqqinin, ən başlıcası, sosial ədalətin təməlini təşkil edir. Sərəncamın əsas qayəsini də ümumi şəkildə məhz belə ifadə edə bilərik.

“Probasiya mürəkkəb sosial-hüquqi institutdur və onun səmərəli işləməsi üçün kompleks yanaşma tələb olunur. Prezidentin Sərəncamı məhz kompleks tədbirləri nəzərdə tutur və bu, sənədin üstünlüklərindən biri də məhz budur. İlk növbədə, normativ hüquqi baza yəqin ki, yenidən nəzərdən keçirilməlidir. Məhkəmə sistemi cəzaların təyin edilməsi praktikasında doğrudan da çox ciddi dəyişiklik etməlidir. Sərəncamda məhkəmələrə tövsiyə hissəsində bu məsələlər çox aydın və ətraflı şəkildə əksini tapıb. Məhkəmə sistemi, hakimlərimiz elə praktika gətirməlidirlər ki, Sərəncamda nəzərdə tutulan hədəflərə tam çata bilək. Eyni zamanda, məhkəmə araşdırması da daha ciddi aparılacaq. Hakimlərimizin məsuliyyətinin artacağını söyləyə bilərik.

Digər tərəfdən, Probasiya xidmətinin tətbiqi hər şeydən əvvəl ixtisaslaşmış kadrların hazırlanmasını zəruri edir. Çünki Probasiya sistemi daha çox fərdi islahı və hər bir məhkuma individual yanaşmanı əsas tutur. Probasiya sistemi elə işləməldir ki, cəza və mükafatlandırma tədbirlərində tarazlıq gözlənilsin. Eyni zamanda, subyektiv yanaşma hallarının qarşısı alınsın. Statistika və uçotun aparılmasının, məlumatların toplanmasının effektiv sistemi olmalıdır ki, tədbirlərin necə səmərə verdiyini görmək mümkün olsun. Bundan başqa, ictimai nəzarətin də əhəmiyyəti artacaq. Yeni sistemin necə işləməsi və mümkün nöqsanların aradan qaldırılması üçün ictimai nəzarət çox mühüm alət kimi çıxış edəcək”, - deyə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti xüsusi vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”