Əllərdə qanunsuz odlu silah saxlayan şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər
Bakı, 9 yanvar, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları xuliqanlıq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini A.Vəlizadə ilə bağlı həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdə silah gizlətdiyini müəyyənləşdiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, evə baxış zamanı “Makarov” markalı tapança, patron darağı və dörd patron aşkarlanaraq götürülüb.
Bundan başqa, narkotik vasitə ilə tutulmuş H.Əliyev barəsində Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onun kirayədə yaşadığı mənzildə silah-sursat gizlətdiyi müəyyənləşdirilib. Həmin ünvanda keçirilən əməliyyat-axtarış tədbirləri ilə evdən nömrəsi silinmiş pnevmatik tapança, bir patron darağı və üzərində alışqanı olan RQD qumbarası aşkarlanıb.
Faktlarla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]