ELM VƏ TƏHSİLLƏ BAĞLI BEYNƏLXALQ SEMİNAR ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Milli Elm Fondu, Amerika Birləşmiş Ştatlarının Mülki Tədqiqatlar və İnkişaf Fondu və ABŞ-ın Fizika Cəmiyyəti tərəfindən təşkil edilmiş bu tədbirdə Cənubi Qafqaz, Mərkəzi Asiya və digər ölkələrin elmlər akademiyalarının, ali təhsil müəssisələrinin rəhbərləri, alim və mütəxəssislər iştirak edirlər.
AMEA-nın vitse-prezidenti, akademik Arif Mehdiyev seminarı açaraq mövzunun əhəmiyyətindən danışmışdır.
Təhsil naziri Misir Mərdanov, ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş, Mülki Tədqiqatlar və İnkişaf Fondunun baş vitse-prezidenti Kedi Kempbel çıxış edərək seminarın işinə uğurlar arzulamışlar.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı, professor Asəf Hacıyev elm və təhsilimizin inkişafında xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin əvəzsiz xidmətlərindən, ölkəmizdə əldə olunmuş elmi nailiyyətlərdən danışmışdır.
Sonra məruzələr dinlənilmişdir. Natiqlər elmlər akademiyalarının institutları ilə ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinin, müasir elmi nailiyyətlərin təhsil sistemində tətbiqinin əhəmiyyətindən söhbət açmışlar.
Sonra seminar ayrı-ayrı bölmələrdə öz işini davam etdirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]