Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elmar Məmmədyarov: Azərbaycan Aİ ilə münasibətlərin inkişafı istiqamətində qəti siyasi iradə nümayiş etdirir

Elmar Məmmədyarov: Azərbaycan Aİ ilə münasibətlərin inkişafı istiqamətində qəti siyasi iradə nümayiş etdirir

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və Avropa İttifaqı ilə qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasındakı çıxışında deyib.

Nazir qeyd edib ki, bu ənənəvi format əməkdaşlığın hazırkı durumunun nəzərdən keçirilməsi, həmçinin gələcək birgə fəaliyyətin yol və vasitələrinin müzakirəsi üçün gözəl imkandır.

Elmar Məmmədyarov deyib: “Biz “suverenlik, müstəqillik və dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli Avropa təhlükəsizlik nizamı üçün əsas elemetlərdir və bu prinsiplər Avropa İttifaqının daxilində və kənarda olan bütün dövlətlərə şamil edilir” bəndinin də əks olunduğu 2016-cı ildə qəbul edilmiş Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə Qlobal Strategiyasına sadiqliyini alqışlayırıq.

Fevral ayında Azərbaycan Prezidentinin Brüsselə səfəri yeni ikitərəfli sənəd üzrə rəsmi danışıqlar prosesinin başlanması ilə ikitərəfli münasibətlərdə yeni səhifə açdı. Azərbaycan bu yeni və uzaqgörən sənədin əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına yol açacağına inanaraq, danışıqlar prosesinə daxil olur və əminik ki, bu, dəyişkən siyasi və təhlükəsizlik mühiti fonunda tərəflərin ehtiyac və prioritetlərini qarşılayacaq.

Sədr dövlət olaraq Polşanın təqdim etdiyi konsepsiya sənədində də əks olunduğu kimi, uzlaşma məsələsinə xüsusi diqqət yeriməklə, sektorlar üzrə əməkdaşlıq həqiqətən də qarşılıqlı maraqlarımıza əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyimizin inkişafında vacib rol oynayır”.

Nazir bildirib ki, enerji sahəsində strateji əməkdaşlıq əlaqələrimizin təməli olmaqda davam edir. Cənub Qaz Dəhlizi istehsalçı, tranzit ölkələri və istehlakçıların maraqları arasında düzgün tarazlığı ilə enerji təhlükəsizliyi və şaxələndirilməsi üzrə nadir layihədir. “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında yerinə yetirilməsinə qəti siyasi dəstək Azərbaycan tərəfindən təşkil edilən və Cənub Qaz Dəhlizi ölkələri, tərəfdaş dövlətlər və Avropa Komissiyasının yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üçüncü görüşündə bir daha bəyan edilib.

“Biz ümumi maraqlarımıza uyğun gələn digər sahələr, o cümlədən uzlaşma, ətraf mühit, təhsil, turizm, mədəniyyət və mobillik, həmçinin insanlararası təmaslar, kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində də dialoqu inkişaf etdirmək niyyətindəyik.

Asiya və Avropa arasında təbii körpü kimi strateji roluna görə Azərbaycan hər zaman regional və transregional uzlaşma təşəbbüslərinin fəal iştirakçısı və reallaşmasında aparıcı rol oynayan dövlət olub. Bu gün Azərbaycan coğrafi qovşaq adlandırılan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin təşviqi üçün üç mühüm layihənin yerinə yetirilməsinə qoşulub”, - deyə nazir vurğulayıb.

Bildirilib ki, strateji Bakı-Tbilisi-Qars (BTQ) layihəsi, Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu xəttinin istifadəyə verilməsi regional ticarəti asanlaşdıracaq, Şərq və Qərb arasında fasiləsiz dəmir yolu xəttinə çıxışı mümkün edəcək. Biz layihənin bu il başa çatdırılmasını gözləyirik. Asiya və Avropa arasında daşımaların qiymət və vaxt baxımından effektliyini artırmaqla, BTQ hazırkı yollara güclü alternativdir.

2016-cı ildə Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, daha sonra Azərbaycan və Gürcüstanı keçməklə Avropaya istiqamətlənən konteyner qatarını istifadəyə verdik. Bu sınaq qatarı sübut etdi ki, bu yol tranzit müddətini 30-35 gündən 15 günədək azalda bilər.

Azərbaycan, həmçinin digər önəmli layihənin, illik 25 milyon ton yük potensialı olan və Xəzər dənizində ən böyük və çoxməqsədli limanın-yeni Bakı Beynəlxalq Dəniz Limanınin tikintisinə başlayıb. Avropa, Rusiya və İranın dəmiryolları qovşağında və Bakı hava limanının yaxınlığında yerləşən Ələt limanı regional mərkəzə kəsintisiz əlaqə və hava yükdaşıması, həmçinin digər Xəzər dənizi limanlarına səmərəli dəmir yolu çıxışı əldə etməyə imkan yaradacaq.

“TEN-T-in inkişafı” (Trans-Avropa Nəqliyyat Şəbəkəsi) üzrə keçən il Rotterdamda qəbul edilmiş nazirlər bəyanatı nəqliyyat dialoqunu irəlilətmək üçün dolğun platforma təqdim edir. Biz Şərq-Qərb dəhlizinin Azərbaycan hissəsi, yol və dəmir yolu xətlərinin TEN-T mərkəzi şəbəkəsinə, həmçinin Şimal-Cənub dəhlizinin TNT-T hərtərəfli şəbəkələrinə daxil edilməsini alqışlayırıq.

Çini Avropa ilə birləşdirən Trans-Xəzər Beynəlxalq Tranzit Xətti kimi regional layihələrə Mərkəzi Asiya dövlətləri və Türkiyə də daxil olmaqla, daha geniş iştirak nəzərdən keçirilməlidir. Bu, həmçinin Avropa İttifaqının Trans-Avropa şəbəkələrinin daha sonra Şərqə genişləndirilməsi məqsədi daşıyan Avropa İttifaqının uzlaşma gündəliyinə də uyğun olacaq.

Nazir bildirib ki, Şərq Tərəfdaşlığının gələcəyi böyük ölçüdə münaqişələrdən əziyyət çəkən regionlarda davamlı təhlükəsizlik, sülh və sabitliyin bərqərar olmasından asılıdır. Biz düşünürük ki, Avropa İttifaqının vaxtında və fəal rolu regionumuzda sabitlik və inkişaf baxımından əhəmiyyətlidir.

Azərbaycan münaqişənin danışıqlar yolu və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yol xəritəsi üzrə həllində maraqlıdır. Xüsusilə də bu, 2016-cı il Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunub. Eyni zamanda, onilliklərdir ki, davam edən danışıqlar heç bir nəticə verməzsə, Azərbaycan pozulmuş ərazi bütövlüyünü sərəncamında olan mümkün bütün vasitələrlə bərpa etmək hüququnu özündə saxlayır.

Dəfələrlə bəyan edildiyi kimi, hökumətimiz Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının birgəyaşayışına bütün növ zəmanət verməyə hazırdır. Azərbaycanın münaqişənin həll edilməsi istiqamətində cəhdlərinin əksinə olaraq, Ermənistan işğal edilmiş ərazilərin demoqrafik xüsusiyyətlərini dəyişdirmək üçün məqsədli siyasət yürüdür, həmçinin işğal edilmiş ərazilərdə qanunsuz “seçkilər” və “referendum” keçirir. İşğal edilmiş ərazilərdə keçirilmiş ən son qanunsuz “referendum” Azərbaycan Respublikasının Konstitusiyasının əleyhinə yönəlmiş daha bir təxribat xarakterli addımdır. Bu qanunsuz fəaliyyət beynəlxalq birlik tərəfindən rədd edilib.

2016-cı il aprel hadisələri və 2017-ci il fevralın 25-də təmas xəttində baş verən ən son təxribatlar “nə hərb, nə sülh” vəziyyətinin həssaslığını sübut etdi. Qeyd edilən narahatlıqlara baxmayaraq və Avropa İttifaqı qonşuluğunda geosiyasi və təhlükəsizlik dəyişiklikləri, çağırışları fonunda Avropa İttifaqı ilə dialoqun gücləndirilməsi bizim prioritetlərimiz sırasındadır. Son illərdə Şərq Tərəfdaşlığının ikitərəfli və çoxtərəfli istiqamətləri avropalı tərəfdaşlarla təcrübələrin bölüşülməsi və ən yaxşı praktikanın mübadiləsində faydalı vasitə olduğunu sübut edib.

“Aprel ayının sonunda Avropa İttifaqı ilə yeni ikitərəfli razılaşma üzrə danışıqlara başlayacağıq. Azərbaycan üçün ən mühüm element ondan ibarətdir ki, yeni Razılaşma kifayət qədər aydın şəkildə Avropa İttifaqının Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyi, hörməti və bu mövqeyə uyğun fəaliyyətə sadiqliyi əks etdirir. Xüsusilə də bu, 2016-cı il Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə Qlobal Strategiyasında əks olunub.

Azərbaycanın, eləcə də Şərq Tərəfdaşlığının digər ölkələrinin ərazi bütövlüyünə hörmət yalnız bizim maraqlarımız üçün deyil, həmçinin Avropa İttifaqının da maraqlarına uyğundur və regionun inkişafı üçün önəmlidir”, - deyə Elmar Məmmədyarov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək