Elmi nəşrlərin beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üzrə iclas keçiriləcək
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi qrupunun elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə altqrupunun növbəti iclası keçiriləcək.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə “İnsan kapitalı” İşçi qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, altqrupun üzvləri (ali təhsil müəssisələri, dövlət və özəl sektor nümayəndələri, ekspertlər) iştirak edəcəklər.
İclasda altqrupun 2023-cü il üçün təsdiqlənmiş “Yol xəritəsi” üzrə görülmüş işlərin müzakirəsi aparılacaq.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi qrupunun rəhbəri qismində Elm və Təhsil Nazirliyi çıxış edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]