Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elmin İnkişafı Fondu növbəti “Şuşa qrantı” birgə müsabiqəsinin nəticələrini açıqlamışdır

Bakı, 7 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) Qarabağla bağlı ölkədə aparılan elmi tədqiqatları stimullaşdırmaq, regional və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədi ilə 2012-ci il mayın 8-də “Şuşa qrantı” müsabiqəsini təsis etmişdir. Həmin il birinci “Şuşa qrantı” müsabiqəsi keçirilmiş, qalib layihələr müəyyənləşdirilmişdir. Müsabiqənin nəticələri üzrə yerinə yetirilən dörd layihədən ikisi beynəlxalq xarakterlidir və hazırda Almaniya və Ukrayna alimləri ilə birgə uğurla icra edilir.

EİF-dən AZƏRTAC-a bildirmişlər ki, Fond ikinci “Şuşa qrantı” müsabiqəsini UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə bu il mayın 10-da elan etmişdir.

Müsabiqənin məqsədi bütövlükdə Qarabağın tarixinin, bu diyarın qədim və rəngarəng qeyri-maddi və maddi-mədəni irsinin, memarlığının, arxeologiyasının, iqtisadiyyatının, fauna və florasının, təbii sərvətlərinin, mədəniyyət tarixinin, etnoqrafiyasının, ədəbiyyatşünaslıq, dilçilik, sənətşünaslıq və incəsənət sahələrinin, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Xocalı soyqırımının tədqiqi və bu barədə həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərlə bağlı mədəni, ekoloji, tibbi, bioloji və aqrar məsələlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının və digər məsələlərin kompleks şəkildə elmi əsaslarla dərindən tədqiq olunmasının dəstəklənməsidir.

Müsabiqə çərçivəsində təbiət, dəqiq, texniki, humanitar və ictimai elm sahələrində fundamental-tətbiqi xarakterli elmi-tədqiqat proqram və layihələrinin dəstəklənməsi nəzərdə tutulmuşdur.

Müsabiqə müddətində Elmin İnkişafı Fondunun icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədi ilə bir neçə məsləhət seminarı keçirmiş, telefon və elektron-poçt vasitəsilə edilmiş müraciətləri cavablandırmış, ortaya çıxan suallara aydınlıq gətirmişdir.

Müsabiqənin keçirilməsi qaydalarına uyğun olaraq, təqdim edilmiş layihələr onların ideyalarının obyektiv formada orijinal ifadəsi (elektron və kağız daşıyıcılarda) və əqli nəticələrinin müəlliflik hüququnun qorunması məqsədilə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilmişdir. Bu layihələrin texniki və elmi ekspertizası işinə EİF-in daimi ekspertləri, müstəqil elmi ekspertlər, eləcə də xarici ekspertlər cəlb olunmuşlar.

Təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsi müəyyənləşdirilmiş, layihələrin elmi səviyyəsi, onların yerinə yetirilməsi imkanları və potensialı, gözlənilən elmi nəticələri mümkün tətbiq ehtimalı üzrə qiymətləndirilmişdir. Layihələr EİF-in Himayədarlar Şurasında da müzakirə olunmuşdur.

İkincisi “Şuşa qrantı” birgə müsabiqəsi çərçivəsində 10 qalib layihə müəyyənləşdirilmişdir. Bu layihələrin maliyyələşdirilməsi məqsədi ilə Elmin İnkişafı Fondundan 300.000 manat məbləğində qrant ayrılmışdır.

Noyabrın 7-də EİF-in icraçı direksiyasında müsabiqənin nəticələrinin açıqlanması ilə bağlı keçirilmiş tədbirdə ABŞ-da fəaliyyət göstərən “Qarabağ Fondu”nun icraçı direktoru xanım Diana Kohen Altman da iştirak etmişdir.

Elmin İnkişafı Fondu növbəti “Şuşa qrantı” müsabiqələrindən birinin “Qarabağ Fondu” ilə birgə keçirilməsi barədə razılığa gəlmişdir. Əvvəlki iki müsabiqə üzrə yerinə yetirilən layihələrin maraqlı nəticələrinin ABŞ-da “Qarabağ Fondu”nun dəstəyi ilə təqdim və təbliğ olunması məsələsi də razılaşdırılmışdır.

İkinci “Şuşa qrantı” müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Folklor, Memarlıq və İncəsənət, Əlyazmalar, Arxeologiya və Etnoqrafiya, Geologiya, İnsan Hüquqları institutlarında, Azərbaycan Tibb Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Memarlıq və İnşaat Universitetində yerinə yetiriləcəkdir. İcraçılar sırasında Bakı Avrasiya Universitetinin, “Sağlam nəsil” İctimai Birliyinin, “Stimul Azərbaycan” MMC-nin, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun alim və mütəxəssisləri də vardır.

Qalib layihələr “Qarabağda xalq oyunları və meydan tamaşaları: genezisi, tipologiyası və poetikası”, “Sovet dövründə Azərbaycanın ərazi problemləri və erməni iddiaları”, “Dağlıq Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi”, “Qarabağ memarlığı X-XIX əsrlərdə”, “Şuşa Azərbaycan mətbuatında (1875-1920-ci illər)”, “Qarabağın geoloji-coğrafi atlası”, “Dağlıq Qarabağ məcburi köçkünlərinin reproduktiv sağlamlıq vəziyyətinin öyrənilməsi”, “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək (1920-1994-cü illər) erməni iddiaları”, “Ermənistanın Azərbaycana təcavüzünün nəticələri: təhlili xronika (I kitab); Ermənistanın Azərbaycana təcavüzü və beynəlxalq təşkilatlar (II kitab); Ermənistanın Azərbaycana təcavüzü: sənədlər və materiallar (III kitab)”, “Qarabağın maddi-mədəniyyət abidələrinin tədqiqi, virtual bərpası və rekonstruksiyası” istiqamətləri üzrə yerinə yetiriləcəkdir.

Bütün layihələr yerinə yetirildikdən sonra hər bir fundamental-tətbiqi xarakterli layihə üzrə alınmış nəticələri əks etdirən kitab, monoqrafiya və ya atlasın nəşr olunması nəzərdə tutulmuşdur. Bu nəşrlərdən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində də istifadə olunacaqdır.

Elmin İnkişafı Fondu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ikinci “Şuşa qrantı” birgə müsabiqəsinin qaliblərini təbrik edir, müsabiqə iştirakçılarına və müstəqil elmi ekspertlərə minnətdarlığını bildirir.

Yaxın günlərdə Elmin İnkişafı Fondunun qalib layihə rəhbəri və icraçıları ilə ənənəvi görüşü keçiriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları