Elmin İnkişafı Fondunun birinci müsabiqəsinin qalibi olmuş layihələrin rəhbərləri ilə görüş keçiriləcəkdir
Bakı, 2 sentyabr (AZƏRTAC). Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) 2011-ci il üçün birinci müsabiqəsinin qalibi olmuş layihələrin rəhbərləri ilə görüş keçiriləcəkdir.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, seminar xarakterli görüşdə qrant layihələrinin idarə olunması, layihələrin hüquqi qeydiyyatı və maliyyələşdirilməsinin həyata keçirilməsi üçün müvafiq sənədlər toplusunun hazırlanması məsələləri müzakirə olunacaqdır.
Tədbirdə, həmçinin EİF ilə layihə rəhbərləri arasında bağlanacaq müqavilənin şərtləri, maliyyə-hesabat məsələlərinin optimal həlli üzrə məsləhət və tövsiyələr veriləcək, suallar cavablandırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]