ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNDƏ İCLAS KEÇİRİLMİŞDİR
İclası açan nazir Füzuli Ələkbərov gündəlikdə duran məsələlər barədə qısa məlumat verərək bildirmişdir ki, son 10 ildə əldə olunmuş nailiyyətlər, əhalinin həyatında baş verən müsbət dəyişikliklər, ölkənin iqtisadi-sosial həyatındakı irəliləyişlər nəticəsində minlərlə yeni iş yeri açılmışdır.
Əhalinin, xüsusilə də gənclərin işlə təmin olunması, uşaq əməyinin azaldılması, aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində nazirliyin gördüyü işlərdən danışan nazir, aztəminatlı ailələrə ünvanlı sosial yardımın ödənilməsi ilə bağlı ölkənin bütün regionlarında aparılan iş barədə məlumat vermişdir.
Nazir bildirmişdir ki, Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı 2015-ci ilədək nəzərdə tutulmuşdur.
Əlaqədar nazirlik və komitə nümayəndələrinin çıxışlarında kadr probleminin əhəmiyyəti vurğulanmışdır. Bildirilmişdir ki, respublikada kadr hazırlığı sisteminin inkişafı və kadr potensialının yaradılması istiqamətində aparılan işlər çərçivəsində texniki-peşə məktəblərinin də fəaliyyətinə xüsusi diqqət yetirilməlidir.
Ümumiyyətlə, bu proqram bir-birini tamamlayan iki mərhələdə həyata keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]