Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin futbol komandası turnirə qələbə ilə başlayıb
Bakı, 17 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan, dövlət idarələri və ictimai xidmət işçiləri həmkarlar ittifaqı komitəsinin təşkil etdiyi minifutbol turnirinin ilk oyunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, oyunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin komandası ilə qarşılaşan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandası rəqib komandanı 10:1 hesabı ilə məğlub edib.
Turnir çərçivəsində komandanın növbəti oyunu aprelin 18-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin komandası ilə keçiriləcək.