Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emil Qədirov: “Bu illər ərzində toplanmış kiçik təcrübəmi bölüşmək mənə xoşdur”

Moskva, 20 noyabr, AZƏRTAC

“Mir” telekanalının efirində “Vo ves qolos” musiqili şounun ikinci buraxılışı nümayiş etdirilib.

Məşhur müğənni Emil Qədirovun başçılıq etdiyi Azərbaycan komandasının heyətinə solistlər Rüstəm Kərimov və Suada Ələkbərova, habelə Humay Eminzadə və Kamran Məmmədovun “Buta” dueti daxildir.

Müsabiqənin informasiya tərəfdaşları MDB, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq məsələləri üzrə Federal Agentlik (Rossotrudniçestvo), Moskva şəhərinin Mədəniyyət Departamenti və Azərbaycan Dövlət İnformasiya Agentliyidir (AZƏRTAC).

Komandanın rəhbəri Emil Qədirov AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə uşaqlarla iş barədə, “Mir” telekanalının yeni layihəsi və gələn il Moskvada özünün solo konserti barədə fikirlərini bölüşüb.

-Emil, siz komandanın rəhbəri rolunda ilk dəfə çıxış edirsiniz. Bu rolda özünüzü necə hiss edirsiniz?

-Bəli, komandanın rəhbəri rolunda ilk dəfə çıxış edirəm, lakin qəribə də olsa, bu rolda özümü kifayət qədər inamlı hiss edirəm, ona görə ki, bu illər ərzində toplanmış kiçik təcrübəmi bölüşmək mənə xoşdur. Uşaqların səni dinləməsini, sənin məsləhətlərini qəbul etmələrini görmək çox maraqlıdır.

-Xahiş edirəm, öz yetirmələriniz barədə danışın...

-Uşaqlar çox istedadlı, xarizmatikdirlər, hamısının inanılmaz dərəcədə gözəl səs tembri var. Layihənin başlanğıcında onlar bir qədər sıxılırdılar, lakin mən bu istiqamətdə ciddi iş apardım, onları ruhlandırmağa və səhnə ilə maraqlandırmağa çalışdım. Həqiqətən, bu uşaqlar hamısı qoçaq uşaqlardır. Öz vəzifələrinin öhdəsindən gəlirlər, hamısı çox qabiliyyətli və əməksevərdir. Xarizmatik gənc artist olan Rüstəm Kərimov Bakıda keçirilmiş “Zima” müsabiqəsində və uşaqlar arasında “Eurovision” müsabiqəsində özünü göstərib. Rüstəmin qeyri-adi xoreoqrafik hazırlığı var - yaxşı rəqs edir. Üstəlik, o, kifayət qədər artistik gəncdir, mənim fikrimcə onun uzunmüddətli və uğurlu artistlik karyerası üçün çox yaxşı şansı var. Suada isə hətta Filip Kirkorovla oxuyub. İndi o, yaşa dolub, böyük qız olub, buna görə bir qədər sıxıntı hiss edirdi. Hazırlıq prosesində onunla bərabər səhnədə sıxıntı hissini aradan qaldırmağa çalışdıq və mənə belə gəlir ki, müsabiqə səhnəsində özünü hərtərəfli göstərə biləcək.

Bir neçə kəlmə də Kamran və Humayın “Buta” dueti barədə. Kamranın səsi artıq uşaq səsi deyil və mənim fikrimcə, gələcəkdə o, çox yaxşı bariton olacaq. Humayın çox gözəl səsi var və müsabiqədəki həmkarlarımın çoxunun fikrincə bu, Azərbaycanın səsidir. Elə səslər var ki, səhnəni, zalı sehrləyir. Humayın məhz bu cür səsi var, o, əsl vokal nümunəsi göstərir. Humay səhnəyə ilk dəfə çıxır. Bu müsabiqə onun debütüdür və hesab edirəm ki, “Vo ves qolos” müsabiqəsi ona yalnız fayda gətirəcək.

-“Vo ves qolos” layihəsi başqa oxşar layihələrdən nə ilə fərqlənir?

-“Vo ves qolos” layihəsi MDB ölkələrinin uşaqları üçün keçirilir. Hər bir millət, hər bir uşaq fərdidir. Biz bu layihədə hər bir uşağa onun milli xüsusiyyətlərini nəzərə almaqla yanaşırıq. Uşaqlar mahnıları öz ana dilində oxuyur, öz milli musiqilərini ifa edirlər. Azərbaycan komandası “Azərbaycan” və “Sarı gəlin” mahnılarını ifa edib. Bu baxımdan, müsabiqə çox maraqlıdır və ölkələrimizi birləşdirir. Mənim fikrimcə, bu layihə çox baxımlı və uğurlu olacaq.

-Uşaqlarla işləmək sizə yaradıcılıq baxımından nə verir?

-Uşaqlarla işləmək çox maraqlıdır, çünki onların dünyaya, musiqiyə, mahnılara baxışı yaşlıların baxışlarından fərqlidir. Ən maraqlısı - bu işin bəhrəsini görmək, sənin səylərinin hədər getmədiyinə əmin olmaqdır. Bu, insanı çox ruhlandırır. Uşaqları öyrədəndə insan özü də inkişaf edir.

-Emil Qədirovun gənc musiqiçilərə və onların valideynlərinə məsləhəti nədir?

-Əlbəttə, hər bir uşağa fərdi və fərqli şəkildə yanaşmaq lazımdır. Belə layihələr uşaqların gələcək taleyinə və karyerasına heç də həmişə birmənalı şəkildə təsir göstərmir. Uşağa izah etmək lazımdır ki, bu layihə həyatın bir mərhələsidir, hər şey bununla bitmir, həyat davam edir. Bəzən hətta yaşlı insanlar da uğursuzluqdan sonra “sınır”, ruhdan düşürlər. Bəzi uşaqlar mənə yaxınlaşıb deyiblər ki, vəssalam, daha musiqi ilə məşğul olmayacağıq. Valideynlər öz uşaqları ilə ünsiyyət saxlamalı, onları dinləməli və eşitməli, izah etməlidirlər ki, bu, yaradıcılığın yalnız başlanğıcıdır. Ona görə də belə səviyyəli layihələrə səliqə ilə yanaşmaq lazımdır. Mən öz yetirmələrimi inandırmağa çalışıram ki, bəli, qalib gəlmək çox yaxşı şeydir, lakin ən başlıcası - elə çıxış etməlisən ki , bu çıxış həm tamaşaçının, həm də özünü xoşuna gəlsin.

-Gələn il mart ayında Moskvada sizin solo konsertiniz olacaq. Bu, görülmüş iş barədə hesabat olacaq, yoxsa Emil Qədirov öz dinləyiciləri üçün sürprizlər hazırlayır?

-Gələn il martın 2-də Moskvadakı “Vegas city hall” zalında mənim solo konsertim olacaq. Həmin konsertə artıq indidən ciddi hazırlıq gedir. Bu, unikal konsert olacaq, çünki repertuarda müxtəlif janrlara aid rəngarəng musiqi səslənəcək. Konsertin birinci hissəsi simfonik orkestrin, ikinci hissəsi isə mənim qrupumun müşayiəti ilə nəzərdə tutulub. Sürprizlər, maraqlı duetlər çox olacaq. Həmin konsertdə mənim sevimli mahnılarımdan biri - Sevil Əliyevanın “Ana” mahnısı səslənəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO