ENERGETİKA SAHƏSİNDƏ ƏLAQƏLƏRİN GENİŞLƏNDİRİLMƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Yohanes Svoboda bildirmişdir ki, Azərbaycana səfərdən məqsəd ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparmaq, münasibətləri daha da genişləndirməkdir. Qonaq, bu gün dünyada Azərbaycan neftinə böyük maraq olduğunu və Avropa ölkələrinin bu işə diqqətinin artırılmasının vacibliyini nəzərə çarpdırmışdır.
Sonra görüşdə Azərbaycan neftinin Avropa bazarlarına çıxarılması imkanlarının genişləndirilməsi, ikitərəfli əlaqələrin inkişaf perspektivləri və maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, Avropa Parlamentinin deputatı, Sosialist qrupunun digər vitse-prezidenti Jan-Marinus Viersma və digər rəsmi şəxslər iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]