Ərəb Liqası Livanda prezident seçkisi keçirməyə və yeni hökumət qurmağa çağırıb
Bakı, 20 may, AZƏRTAC
Ərəb Liqasının Ciddədə keçirilən yüksək səviyyəli iclasının iştirakçıları Livanda daxili siyasi böhranın tezliklə aradan qaldırılmasına çağırıblar.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, sammitin yekununda qəbul edilmiş bəyannamədə deyilir: “Livan hakimiyyəti mümkün qədər tez vaxtda ölkə prezidentini seçmək və islahat proqramını həyata keçirəcək yeni hökumət formalaşdırmaq üçün səylərini davam etdirməlidir”.
Sənəddə Livanın 2 milyona yaxın suriyalı qaçqına öz ərazisində sığınacaq verdiyi qeyd olunub və bu, yüksək qiymətləndirilib. “Vətənlərinə təhlükəsiz və ləyaqətlə qayıtmaq üçün əlverişli şərait yaradılacağı təqdirdə, suriyalıların Livandan əvvəlki yaşayış yerlərinə qayıtmalarını sürətləndirmək üçün tədbirlər görülməlidir” - sənəddə vurğulanır.
Bundan əvvəl Baş nazir Nəcib Mikati sammitdəki çıxışında maliyyə dəstəyi üçün Səudiyyə Ərəbistanına müraciət edib, onu Livana kömək etməyə çağırıb. O bildirib ki, ərəb ölkələrinin yardımı olmasa, Livan qaçqın yükünü daşıya bilməz. “Qaçqınların vətənlərinə qayıtması üçün yaxın vaxtlarda Suriyada mənzil tikintisi və yenidənqurma layihələrinin icrasına başlamaq lazımdır”, - deyə Mikati əlavə edib.
2011-ci ildən bəri 2 milyona yaxın suriyalı qaçqın Livana sığınıb. Bunun ölkə büdcəsinə 40 milyard dollara başa gəldiyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]