Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ərəb mətbuatı: Azərbaycanın qazandığı Zəfər həm də İslam dünyasının qələbəsidir

Bakı, 14 dekabr, AZƏRTAC

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə həm də İslam dünyasının qələbəsidir. Çünki məhz 30 ilə yaxın müddətdə Azərbaycana məxsus torpaqlarda İslam dəyərlərinin məhv edilməsinə cəhdlər olunub. Azərbaycan bu təhlükəli prosesin də qarşısını aldı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Könül Nurullayevanın ərəb ölkələrinin səkkiz nüfuzlu mətbuat orqanında dərc olunan “Azərbaycan Cənubi Qafqazda davamlı sülh üçün qapı açıb” sərlövhəli məqaləsində yer alıb.

K.Nurullayeva məqaləsində qeyd edib ki, Qarabağın incisi sayılan Şuşa şəhəri həm Azərbaycanın, həm də bütövlükdə İslam dünyasının mədəniyyət paytaxtı kimi öz simasını qoruyur. Şuşanın infrastrukturu yenidən qurulur, yeni məscidlər inşa olunur, Qarabağdan yenidən azan səsi gəlir və bundan sonra heç bir güc bu səsin qarşısını ala bilməyəcək.

Müəllif ötən il Azərbaycanın Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsini xatırladaraq qeyd edib ki, Cənubi Qafqazda yeni inkişaf reallığı yaranıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr bütün tərəfdaşlar tərəfindən təqdir olunur. Çünki bu addımların hər biri bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcək: “Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi. Beləliklə, 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur bölgəsi nəhayət azaddır və bu bölgədə yeni inkişaf dövrü başlayıb. Azərbaycan yeni - sülh mərhələsində Ermənistanla əməkdaşlığa hazır olduğunu bəyan edib. Yəni, faktiki bölgədə dayanıqlı sülh, inteqrasiya və əməkdaşlıq üçün tarixi şans yaranıb. İkinci Qarabağ müharibəsindən sonra formalaşmış bu reallığın müsbət məcrada inkişafı üçün bütün tərəflərdən, xüsusilə də Ermənistandan konstruktivlik tələb olunur”.

Deputat, həmçinin işğal dövründə Azərbaycana məxsus Qarabağda bütün şəhər və kəndlərin, o cümlədən mədəni və dini irs abidələrinin yerlə-yeksan edildiyini xatırladıb. Vurğulayıb ki, bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində məscidlər dağıdılıb, təhqir edilib, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə olunub. İndi Azərbaycan yerlə-yeksan edilən Qarabağı və Şərqi Zəngəzuru yenidən dirçəldir: “Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb və artıq ilkin nəticələr var. Azərbaycan öz maliyyə resursları ilə yeni şəhər və kəndlər salır. Azərbaycan Qarabağda törədilən urbisid, kultursid və ekosidin ağır nəticələrini aradan qaldırır. Bu il bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq. Azad olunan şəhərlərin baş planları təsdiqlənib”.

Zəngəzur dəhlizinin iqtisadi-siyasi əhəmiyyətinə toxunan K.Nurullayeva noyabrın 26-da Soçidə Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə tərəflərin sərhədlərin delimitasiya və demarkasiyasını sürətləndirmək üçün razılığa gəldiyini xatırladıb. Bununla bağlı rəsmi şəkildə Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradıldığını qeyd edən deputat yazır: “Azərbaycan və Ermənistan sərhədləri tezliklə müəyyənləşməli və yekun sülh müqaviləsi imzalanmalıdır. İqtisadi Əməkdaşlıq Təşkilatının noyabrın 28-də Aşqabadda keçirilən növbəti sammitində Azərbaycan Prezidenti təşkilata üzv ölkələr üçün Cənubi Qafqaz regionunda yeni imkanlar açıldığını bəyan edib. Beləliklə, artıq regionda Azərbaycanın müəyyən etdiyi reallıqlara uyğun və bütün tərəflərin maraqlarına cavab verən qarşısıalınmaz proses start götürüb. Bu proses regiona sülh, xalqlara isə rifah bəxş edəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtın 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

Şimali Makedoniya parlamenti yeni hökuməti təsdiqləyib

Dağıstanda 3 günlük matəm elan edilib

Bu gün müəllimlərin sertifikasiya imtahanı başa çatır

MAQATE rəhbəri: Zaporojya AES-yə dron hücumları qəbuledilməzdir

İsrailin Baş naziri: HƏMAS-la gərgin döyüşlər mərhələsi başa çatır

Azərbaycan ağırlıqqaldırma millisi ən yaxşılar arasında yer alıb

İsveçdə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyer Avropa çempionatında Buffonun rekordunu qırıb

Ukraynada Leninin ən böyük heykəli hərraca çıxarılıb

Avro-2024: Macarıstanlı futbolçu oyun vaxtı huşunu itirib

Avro-2024: Almaniya qrup lideri olaraq 1/8 finala vəsiqə qazanıb

İqlim dəyişikliyinin ATƏT ərazisində təhlükəsizliyə təsirləri müzakirə olunub

AMEA-da Qərbi Azərbaycanla bağlı yeni şöbələr yaradılıb

BMT Somaliyə 25 milyon dollar yardım edəcək

Ekvador polisi 2 tondan çox kokainin İspaniyaya göndərilməsinin qarşısını alıb

Dağıstanda silahlı hücumlar nəticəsində 9 nəfər ölüb, yaralılar var YENİLƏNİB-3 VİDEO

Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1100 nəfəri ötüb

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib

Bakı Slavyan Universitetinin məzun günü keçirilib

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə uğurla çıxış ediblər

Netanyahu: ABŞ-dan silah tədarükü məsələsi həll edilməlidir

Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib

Ferstappen Formula 1 üzrə İspaniya Qran-Prisinin qalibi olub

Azərbaycanlı xeyriyyəçi türkiyəli şəhidin vəsiyyətini yerinə yetirib

Aİ Tokio və Seul ilə hərbi tərəfdaşlıq qurmaq niyyətindədir

Sloveniya Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq

NBC: Tramp vitse-prezident postuna kimin namizəd olacağına qərar verib

Bəzi dağlıq ərazilərdə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda iştirak edəcəklər

Göyçayda kafe yanıb

Xaçmazda tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub

Honkonq və Sinqapur əcnəbilərin yaşamaları üçün ən bahalı şəhərlərdir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər itkin düşüb VİDEO

Naxçıvan Qızlar Liseyinə ilk dəfə ölkə üzrə mərkəzləşmiş qaydada qəbul imtahanı keçirilib

Azərbaycan badmintonçuları Serbiyada dörd medal qazanıblar

DİM-in rəhbəri: Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin olunması məqsədilə çoxşaxəli tədbirlər müəyyən edilib

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan veriblər

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Məleykə Abbaszadə: Situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanmasını intensivləşdirmək üçün DİM prosesə mütəxəssisləri cəlb edib

Şamaxıda avtomat satmaq istəyən şəxs saxlanılıb

Sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək

Xalq təbabətinin unudulmuş reseptlərinə dair kitabın təqdimatı olub

Ucarda “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib

Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür

Azərbaycan çaylarında faktiki vəziyyət açıqlanıb

Odessada “Azərbaycan Evi”ndə diaspor nümayəndələri ilə görüş keçirilib

Abşeron rayonunda sursat aşkar edilib VİDEO

Azərbaycanın dəmir yolu stansiyalarında memarlıq irsi

“Avro 2024”: Bu gün III tura start veriləcək

“Sabah” braziliyalı futbolçu ilə yollarını ayırıb

Aleksey Borisov: COP29-un uğurlu təşkili dünya arenasında mövqeyini möhkəmləndirməkdə Azərbaycana kömək edəcək

Amerika Kuboku: Venesuela və Meksika yığmaları qalib gəlib

Ağstafada toyda kütləvi zəhərlənmə olub VİDEO

Xəzərdən sahilə, qurudan dənizə onlardan xəbərsiz meh də əsə bilməz... FOTOLAR VİDEO

Faktiki hava: bölgələrdə qeyri-sabit hava şəraiti davam edib

Yeni Kaledoniyanın müstəqillik tərəfdarları mühakimə üçün Fransaya aparılacaq

Bacısı oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Güclü külək və dolu 2 rayonda fəsadlar törədib

Fəallar Kembric Universitetinin binasını qırmızı rəngə boyayıb

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Yaponiya imperatoru və xanımı Britaniyada səfərdədir

Türkiyə millisinin baş məşqçisi: İlk 20 dəqiqə daha yaxşı oynadıq

Fransada leysan: Arıçılar narazıdır

Türkiyədə taksi sürücüləri üçün təhlükə xəbərdarlığı düyməsi tətbiq edilir

DİM aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirir

Bu gün 1300-dən çox namizəd rezidenturaya ikinci cəhd qəbul imtahanı verir

Özbəkistanda təbii qazın hasilatı azalıb

Türkiyədə son üç həftədə 399 meşə yanğını baş verib

Şahzadə Uilyam Teylor Sviftin konsertində iştirak edib

Azərbaycan özünün yaşıl gündəliyi ilə qlobal səylərə mühüm töhfə verməkdədir ŞƏRH

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniyada səfərdədir

Avro-2024: Belçika millisi ilk qələbəsini qazanıb

Qaxa leysanla müşayiət olunan dolu düşüb

Azərbaycanın bir qrup şəhid ailəsi Türkiyəyə səfər edib

Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar

Bakı-Quba yolunda qəza nəticəsində 2 nəfər xəsarət alıb VİDEO

QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar

Akademik: Zəngəzur dəhlizinin astanasında bu tədbirin böyük ictimai-siyasi əhəmiyyəti var

Avro-2024: Portuqaliya millisi Türkiyəni üç cavabsız qolla məğlub edib YENİLƏNİB-6

İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi keçiriləcək

Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə QHT forumu keçiriləcək

“Qərbi Azərbaycana qayıdış” festival-konqresinin plenar iclasları keçirilib

Gürcüstanda 4,2 maqnitudalı zəlzələ olub

Ordubad rayonunda qərbi azərbaycanlılarla görüş keçirilib

Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu işə başlayıb

Avro-2024: Türkiyə və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Çexiya millisi debütantla bacarmayıb

Naxçıvanda yabanı halda bitən 74 tona yaxın çətənə bitkisi məhv edilib

Dənizkənarı Bulvarda “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilib - YENİLƏNİB

Beynəlxalq ekspert: Türkiyə və Azərbaycan kimi qardaş ölkələr TDT-nin verdiyi imkanlardan bəhrələnirlər – MÜSAHİBƏ

Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub VİDEO

Bakının 550 küçəsi yuyulub

İngiltərə klubu 21 yaşlı futbolçunu transfer edib

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrılıb

Bəxtiyar Əliyev: Böyük türkmən şairi Məhtimqulunun ədəbi mirasına Azərbaycanda böyük maraq və ehtiram göstərilir

Azərbaycan neftçilərinin böyük əməyi olan “Vietsovpetro” şirkəti 250 milyon ton neft hasil edib

“Bavariya”nın məşqçisi 57 yaşında vəfat edib

Azərbaycan Dəmir Yollarının yaşıl enerjiyə keçidi