ERMƏNİ DİASPORU ÖZ TARİXİ VƏTƏNİNDƏ FUTBOLU MALİYYƏLƏŞDİRMƏKDƏN İMTİNA EDİR
Bəzi klubların maliyyə problemləri ötən mövsümün sonlarında özünü büruzə verməyə başlamışdır. İndi isə artıq dəqiq məlumdur ki, paytaxtın “Dinamo-Zenit” və “Yerevan-Yunayted” komandaları sponsorsuz qalmışlar. Belə ki, erməni əsilli Avstraliya biznesmenləri bu komandalara maliyyə dəstəyi göstərməkdən imtina etmişlər. Abovyanın “Kotayk” komandası da çempionatda iştirakdan kənarda qalmışdır. Bu komandanın oyunçuları və klubun əməkdaşları dörd aydır əməkhaqqı almırlar. Yaxın vaxtlarda komandanın bütün borclarını ödəməyi vəd etmiş iranlı sponsor da vəsait ayırmamışdır. Böyük məbləğdə borcları olan “Lernaqorets” klubunun da çempionatda iştirakı sual altındadır. Gümrünün “Şirak” komandası maliyyə çatışmazlığı səbəbindən birincilikdə iştirak etməyə bilər.
Görünür, xaricdə yaşayan ermənilər Ermənistandakı həmvətənlərindən daha tez anlamışlar ki, bu ölkədə futbolu maliyyələşdirmək perspektivsiz işdir. Üstəlik, Bakının “Neftçi” komandası onları futbol meydanlarında başıaşağı edir. Əgər xaricdə yaşayan ermənilər öz tarixi vətəninə sərmayə qoymurlarsa, deməli, Ermənistanın işləri, həqiqətən də, pis gedir.