ERMƏNİLƏR FÜZULİ RAYONUNUN TƏBİƏTİNƏ CİDDİ ZİYAN VURMUŞLAR
AZƏRTAC xəbər verir ki, Füzuli rayonunun işğalından 15 il keçir. 23 avqust 1993-cü ildə ümumi sahəsi 139393 hektar olan rayonun qərb hissəsindən (50 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən işğal olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən operativ mərkəzi işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bəzi faktlar aşkarlamışdır.
Belə ki, geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılmış, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilmiş, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılmışdır. Ərgünəş meşəsində isə 500 hektar ərazi yandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]