Ermənilərin qəsbkarlıq niyyətləri barədə dünya xalqlarına daha ətraflı məlumat çatdırılmalıdır
Bakı, 1 aprel (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda 31 mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə bu elm müəssisəsinin elmi işlər üzrə direktor müavini, hüquq elmləri doktoru Bəhram Zahidov qəsbkar ermənilərin 1918-ci ilin martında Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarında, o cümlədən Bakı, Şamaxı, Quba, Lənkəran və Göyçayda törətdikləri dəhşətli qırğınlardan bəhs etmişdir.
Müasir fəlsəfə problemləri şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Mətləb Mahmudov ermənilər tərəfindən azərbaycanlılara qarşı zaman-zaman soyqırımı siyasəti aparıldığını diqqətə çatdırmışdır.
Digər çıxış edən alimlər də məkrli ermənilərin torpaqlarımızda törətdikləri qanlı cinayətlərdən danışmış, düşmənin qəsbkarlıq niyyətləri barədə dünya xalqlarına daha ətraflı məlumat çatdırılmasının vacibliyini vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]