ERMƏNİLƏRİN SOYQIRIMI İDDİALARININ ƏSASSIZ OLDUĞUNA DAİR HƏR GÜN YENİ FAKTLAR ORTAYA ÇIXIR
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, erməni daşnaklarının xəstə təfəkkürünün məhsulu olan “1915-ci il soyqırımı iddiaları” gün keçdikcə meydana çıxan yeni-yeni faktlarla təkzib olunur. Belə ki, Türkiyənin Ərzurum vilayətinin Aşqala rayonu ərazisində yerləşən Cinis (yeni adı Ortabaxça) kəndində tikinti üçün torpaq-qazma işləri aparılarkən yeni bir kütləvi müsəlman məzarı aşkar edilmişdir. Xalq arasında dolaşan bəzi rəvayətlərə görə, 1918-ci ildə silahlı erməni quldur dəstələri Ərzurum vilayətinin Aşqala rayonu ərazisində yaşayan müsəlman türklərə qarşı kütləvi qırğın aksiyaları törətmişlər. Rəvayət öz yerində. Əlbəttə ki, bu fakt tarixçilər üçün yeni araşdırma mənbəyi olacaqdır. Vaxt keçdikcə “soyqırımı” iddiaları ilə dünyanı aldadan daşnak fırıldaqçıların əsl üzü ortaya çıxır.