Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan Ağdamda törətdiyi əməllərlə urbisidin mütəşəkkil sistemini ortaya qoyub - ŞƏRH

Ermənistan Ağdamda törətdiyi əməllərlə urbisidin mütəşəkkil sistemini ortaya qoyub -  ŞƏRH

Bakı, 26 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin Qarabağa səfəri və həmin səfərlər zamanı etdiyi hər bir çıxış proqram xarakteri daşıyır. Lakin etiraf etməli və qürurla vurğulamalıyıq ki, dövlətimizin başçısının Ağdamdakı son çıxışı üç əsas meyar üzrə fərqli, xüsusi və son dərəcə əhəmiyyətlidir.

Birincisi, Prezident İlham Əliyev hadisələrin kontekstini olduqca dəqiq və düzgün şəkildə təsvir etdi. İkincisi, faktların illüstrativ, əyani və əsaslandırılmış təhlilini ortaya qoydu. Üçüncüsü və bəlkə də, ən önəmlisi, güc balansı və güc ölçülərinin təhlili üzərində son dərəcə prinsipial mövqe sərgilədi.

Bu baxımdan dövlətimizin başçısı bildirdi ki, Ermənistanın 5–6 milyard dollarlıq silah-sursatı ya məhv edilib, ya da qənimət kimi götürülüb. Eyni zamanda, Ermənistana havadarlıq edən qüvvələr də Ermənistan dövləti kimi ciddi və strateji səhvə yol verdilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

Onun sözlərinə görə, Ermənistanın Ağdam və bütövlükdə Qarabağla bağlı düşüncəsi ondan ibarət idi ki, Azərbaycan üçün Qarabağın sonunu gətirsinlər. Lakin bu düşüncə onlara hərtərəfli və ağır şəkildə baha başa gəlib: “Əslində, Ermənistan törətdiyi urbisidlə, yol verdiyi kobud səhvlərlə tarixi reallığı saxtalaşdırmaq məqsədi daşıyan bir ideologiyanın qurbanına çevrildi. Bununla belə, məkrli siyasətindən əl çəkməyən Ermənistan Ağdamda törətdiyi əməllərlə urbisidin mütəşəkkil və sistemli modelini ortaya qoydu. Ağdam şəhəri bu məkrli planın əsas hədəfinə çevrildi. Strateji yollar, körpülər, elektrik yarımstansiyaları, su və kanalizasiya şəbəkələri kimi həyati əhəmiyyətli infrastruktur obyektləri qəsdən məhv edildi. Lakin Ermənistanın məhvetmə siyasəti təkcə mühüm infrastruktur obyektləri ilə məhdudlaşmırdı. Əsas məqsəd Azərbaycanın tarixi izini bu torpaqlardan silmək, milli kimliyimizi məhv etmək, sərvətlərimizi isə maksimum dərəcədə talan etmək idi. Bu prosesdə Ermənistana dünyanın aparıcı dövlətlərinə məxsus nüfuzlu şirkətlər yaxından kömək göstərirdi. Ermənistanın qanunsuz əməllərinə göz yumulur, qeyri-qanuni yollarla talan edilən Azərbaycan sərvətləri isə leqallaşdırılırdı. Bu ssenari və ümumilikdə bütün planlar Ermənistan üçün dərin hüzn və tam fiasko ilə yekunlaşdı. Ermənistan tarixi və dini abidələri, xəstəxanaları, muzeyləri, yaşayış binalarını sistemli şəkildə məhv edir, etnik, sosial, sinfi və siyasi xətləri düşmənçilik ideologiyası adı altında birləşdirərək mənfur əməllər törədirdi. Bu prosesi dözülməz həddə çatdırmaq məqsədilə hərbi strategiyanın tərkib hissəsi kimi konkret hədəflər müəyyənləşdirilmişdi — keçilməz sədlər qurmaq. Lakin Azərbaycan Ordusu sözün bütün mənalarında həmin sədləri aşdı. Şəhərin dəyişdirilmiş fiziki, mədəni, tarixi, sosial və mənəvi mənzərəsi, onun boz və xarabalığa çevrilmiş siması Ermənistanın və ona havadarlıq edən qüvvələrin əsl niyyətini anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir".

Bu gün artıq tamamilə fərqli bir reallığın formalaşdığını deyən deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və sürətlə bərpa edilir. Ağdamın simvolları olan Çay evi və Çörək muzeyi yenidən dirçəldilir. Ağdam Cümə məscidindən, Qiyaslı məscidindən xalqımızın nəfəsi, azan səsi yenidən yüksəlir. Bütün bu amillər və hadisələrin mövcud inkişaf ssenarisi nəzərə alındıqda, dekabrın 24-də Ağdamda ikinci yaşayış kompleksinin açılışı zamanı dövlətimizin başçısının səsləndirdiyi fikirlər xüsusi və əhatəli təhlil tələb edir. “Prezident İlham Əliyev illərdir səsləndirdiyi haqlı mövqeləri, Azərbaycana qarşı aparılan qərəzli siyasəti, digər münaqişələrdən fərqli olaraq Qarabağa nümayiş etdirilən ikili standartları bu dəfə daha qətiyyətli və açıq şəkildə tənqid etdi. Azərbaycan xalqının və dövlətinin sarsılmaz iradəsini bir daha ortaya qoyaraq bəyan etdi ki, bu gün nə dostumuzu, nə də düşmənimizi tanımamağımız mümkündür. Prezident İlham Əliyev təkcə Ermənistanın deyil, ona havadarlıq edən qüvvələrin də əsl simasını açdı. Tarixə dönüb baxmaqla və tarixi yenidən dəyərləndirməklə həm Azərbaycan xalqını ideoloji baxımdan daha möhkəm olmağa çağırdı, həm də Ermənistanın və onun himayədarlarının gerçək niyyətlərini açıq şəkildə ortaya qoydu. Otuzillik işğal dövründə Azərbaycan təkcə Ermənistanla mübarizə aparmadı. Biz masa arxasında Ermənistanı və ATƏT-in Minsk qrupunu ayrı-ayrılıqda deyil, birgə şəkildə və Azərbaycana qarşı gördük. Azərbaycan torpaqlarının talan edilməsi və məhv olunması Ermənistanın sistemli və mütəşəkkil fəaliyyətinin ayrılmaz hissəsi idi. Məqsəd aydın idi — Azərbaycan xalqının tarixi-mədəni irsinin tamamilə silinməsi, torpaqlarımızın yeraltı və yerüstü sərvətlərinin talan edilməsi və eyni zamanda, bu ərazilərin yaşanmaz hala gətirilməsi. Ermənistan çox yaxşı bilirdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və bir gün azərbaycanlılar öz doğma yurd-yuvalarına mütləq qayıdacaqlar. Əgər bunun əksi olsaydı, Ermənistan Qarabağda daş üstə daş qoyardı. Lakin əksinə, mövcud olan bütün tikililəri sökdü, taladı və məhv etdi. Azərbaycan xalqının hissiyyatı kobud şəkildə təhqir olundu. Məscidlərimizə, qəbiristanlıqlarımıza, dini və mədəni abidələrimizə qarşı vandallıq aktları törədildi, onlar sistemli şəkildə dağıdıldı. Qurulu evlərimiz söküldü, daşları bir-bir Ermənistan ərazisinə və üçüncü ölkələrə daşındı. Bu, son dərəcə qeyri-insani davranış idi və insan sivilizasiyasının prinsiplərinə tamamilə zidd idi. Bütün bunlar Ermənistanın və ona havadarlıq edən qüvvələrin əsl simasını açıq şəkildə ortaya qoydu. Meşələrimiz, qızıl və digər mineral yataqlarımız talan edildi, Azərbaycanın maddi və təbii sərvətləri Qarabağdan hissə-hissə çıxarıldı. Böyük dövlətlər və onların iri biznes şəbəkələri bu prosesdə Ermənistana dəstək verdilər. Bununla yanaşı, ermənilər bölgədən çıxarkən torpaqlarımıza minalar basdırdılar və nəticədə onlarla Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həyatını itirdi”, - deyə o diqqətə çatdırıb.

Azər Badamov vurğulayıb ki, bu gün Ağdama həyat qayıdır: “Prezident İlham Əliyevin sözü ilə əməli tam vəhdət təşkil edir. Dövlətimizin başçısı Prezident kimi fəaliyyətə başladığı ilk gündən, birinci andiçmə mərasimində verdiyi vədlərə bu gün də sadiq qalaraq Azərbaycan xalqı üçün yeni uğur hekayələri yazmaqda davam edir. Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesinə şəxsən rəhbərlik edən və ciddi nəzarət göstərən dövlətimizin başçısı bölgənin müasir standartlara uyğun inkişafı üçün bütün imkanlardan istifadə edir. İnsanlarımızın öz yurd-yuvalarına rahat şəkildə qayıtması və orada layiqli həyat şəraiti ilə təmin olunması əsas prioritetlərdəndir. Dövlətimizin atdığı addımlar əhalinin dayanıqlı məskunlaşmasına, Qarabağ və Şərqi Zəngəzurun sürətli inkişafına və dünya iqtisadiyyatına inteqrasiyasına xidmət edir".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib