ERMƏNİSTAN AZƏRBAYCANLA RƏQABƏT APARA BİLMƏYƏCƏK
AZƏRTAC-ın verdiyi xəbərə görə, Prezident İlham Əliyev 28 May - Respublika günü münasibətilə keçirilən mərasimdə bəyan etmişdir ki, ölkəmiz danışıqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinə imkan olana qədər sadiqdir. Amma səbrimizin də həddi vardır. Ermənistan qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesində əldə edilən müəyyən ilkin razılaşmalara kölgə salır və əslində, bu məsələnin həllində maraqlı deyildir.
Prezident demişdir: ”Onlar yaxşı fikirləşsinlər, bir az uzağa baxsınlar və görsünlər ki, indi Azərbaycanla Ermənistan arasında uçurum bütün sahələrdə genişlənir. Bizim büdcəmiz artıq bu il 4 milyard 500 milyon dollara çatmış, gələn il daha da artacaq və perspektivdə Ermənistan Azərbaycanla heç cür rəqabət apara bilməyəcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]