Ermənistan məhkəməsi biznesmen Karapetyanın həbs müddətini uzadıb
Bakı, 18 noyabr, AZƏRTAC
Ermənistan məhkəməsi “Tashir Group” şirkətlər qrupunun sahibi, iş adamı Samvel Karapetyanın həbs müddətini daha iki ay uzadıb.
AZƏRTAC xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat yayıb. Vəkilin sözlərinə görə, məhkəmə ittiham tərəfinin vəsatətini təmin edərək Karapetyanın həbs müddətinin uzadılması barədə qərar verib. Müdafiə tərəfi iş adamına qarşı irəli sürülən bütün ittihamların saxtalaşdırıldığını və qanunsuz olduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 16-da Yerevan məhkəməsi hakimiyyətin devrilməsinə çağırışda ittiham olunan Karapetyanın həbsini daha bir ay uzatmışdı. Buna baxmayaraq, məhkəmə iş adamına qarşı irəli sürülən çirkli pulların yuyulması və iqtisadi cinayətlərə dair ittihamları əsasız hesab etmişdi. Həm müdafiə tərəfi, həm də prokurorluq həmin qərarı apellyasiya qaydasında mübahisələndirib.
Samvel Karapetyan iyunun 18-dən etibarən həbsdə saxlanır. Müdafiə tərəfi onun Ermənistan Apostol Kilsəsinə dəstəyinə görə siyasi təqiblərə məruz qaldığını iddia edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]