Ermənistan ordusunun hərbçisi Azərbaycan tərəfinə keçib
Bakı, 22 mart, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin hərbçisi, 1991-ci il təvəllüdlü Andranik Qriqoryan qoşunların təmas xəttindəki döyüş postunu tərk edərək Azərbaycan ordusuna təslim olub.
Azərbaycan Müdafiə Nazirliyi martın 22-də günorta saatlarında baş vermiş bu faktı təsdiqləyib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu, Ermənistan ordusunda yaranmış gərginlik, nizam-intizamsızlıq, qorxu hissi və panika ilə bağlıdır.
Hadisə ilə əlaqədar rəsmi məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]