Ermənistan ordusunun korpus komandanlığına qarşı cinayət işi açılıb
Tbilisi, 20 oktyabr, AZƏRTAC
Ermənistan Müdafiə Nazirliyinin ordu korpus komandanlığı, eləcə də tabor, bölük və taqım komandirləri ilə bağlı cinayət işi başlanılıb.
AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin baş prokurorluğu məlumat yayıb.
Məlumata görə, korpus komandanlığı və digər zabitlər Azərbaycanla sərhəddə xidmətdə olarkən döyüş növbətçiliyi qaydalarını pozmaqda, rüşvətxorluqda və digər qanunazidd əməllərdə ittiham edilirlər.
Baş prokurorluq cinayət işinə baxılması üçün sənədləri birinci instansiya məhkəməsinə göndərib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]