ORDU
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir VİDEO
Bakı, 20 noyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Kəngərli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Aşağı Seyidəhmədli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [13:35]
Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib
- 03.05.2024 [12:32]
Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir
- 02.05.2024 [17:35]
Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO
- 01.05.2024 [19:45]
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
- 01.05.2024 [16:25]
Hərbi Dəniz Qüvvələrinin NATO-nun nümayəndələri ilə görüşü keçirilib
- 01.05.2024 [13:59]