Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirir
Bakı, 1 mart, AZƏRTAC
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa və sərhədləri açmağa hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, respublikanın ikitərəfli nizamlanma üzrə danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyan Antalya Diplomatik Forumu çərçivəsində Cənubi Qafqazda sülh problemlərinə dair panel müzakirədə deyib.
“Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına və sərhədlərin açılmasına hazırdır. Əgər Serdar Kılıç (Türkiyənin xüsusi nümayəndəsi) razılaşarsa, biz bunu məhz indi, bu gün elan edə bilərik”, - deyə Ruben Rubinyan bildirib.
Serdar Kılıç isə öz növbəsində ermənistanlı həmkarını gələn həftə İrəvanda görüşməyə və bunu orada “tarixi hadisəyə” çevirməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]