Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanda hakimiyyətdə olan bütün qüvvələr faşizm ideologiyasına xidmət edib ŞƏRH

Ermənistanda hakimiyyətdə olan bütün qüvvələr faşizm ideologiyasına xidmət edib  ŞƏRH

Bakı, 13 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə mesajlarından biri də Ermənistanda əsrlər boyu hökm sürən faşizm ideologiyasının ifşası və ona son qoymaq tələbi oldu. Azərbaycan sülh prosesini hüquqi cəhətdən gələcək üçün sığortalamağa görə irəli sürdüyü şərtlərə sadiqliyini saxlayır və konkret təkliflər irəli sürərkən qətiyyətli mövqeyini arqumentlərlə əsaslandırır. Ermənistanın konstitusiyasındakı ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması, Minsk qrupunun ləğvi başlıca sülh şərtlərimizdəndir. Bizim mövqeyimiz olduqca aydın, beynəlxalq hüququn prinsiplərinə uyğundur. Özünü demokrat hesab edən Ermənistan baş naziri Nikol Paşinyan isə yenə də ampluasına sadiq qalaraq söz oyunu ilə məşğuldur. Ritorik çıxışların ustası kimi tanınan Paşinyan hər zaman dolaşıq, ziddiyyətli, anlaşılmaz ifadələri ilə kütləni ələ almağa cəhd edir. Təbii ki, o, bu cür çıxışları ilə erməni cəmiyyətini ovsunlaya bilər, amma xarici siyasətdə, diplomatiyada belə söz oyunları keçmir. Sülh, hər şeydən öncə, bütün inkişaf prosesindən geri qalan, daxili siyasi təlatümlərdən əziyyət çəkən, qonşuları ilə münasibətləri rəvan olmayan Ermənistana lazımdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Ermənistanın qonşuları ilə, xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətlərini nizama salmaqdan başqa çıxış yolu qalmayıb: “Ermənistanı dəstəkləyən ölkələrdəki siyasi hakimiyyətlər dərin böhran içərisindədir. ABŞ-ın 51-ci ştatı olmaq təhlükəsi qarşısında qalan Kanadanın özünün müstəqilliyi sual altındadır. ABŞ prezidenti Co Bayden seçkilərdə uduzdu, Makronun nüfuzu həm ölkədə, həm də beynəlxalq aləmdə Fransanın özünü iflasa yuvarladır, Bəşər Əsədin taleyi hər kəsə bəllidir. Ermənistanın regiondakı əsas dəstəkçisi İran indi heç özünü müdafiə etmək gücündə deyil. Ermənistanın əsas havadarı olan Qərbin Ukrayna və Gürcüstandakı mövqeyindın də dərs çıxarmaq vaxtıdır. Türkiyə və Azərbaycan isə günü-gündən güclənir, beynəlxalq siyasətdə vahid güc kimi çıxış edir. İki qardaş dövlət birlikdə qarşıya qoyulan bütün məqsəd və hədəflərə çatmaq gücündədir. Bizim gücümüz təkcə iqtisadi və hərbi potensialımızda deyil, həm də fəaliyyətlərimizin, tələblərimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğunluğudur. Azərbaycan ədalətin, sabitliyin, inkişafın tərəfdarıdır. Biz bunu həm 2020-ci ilə qədər Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimizdə, həm 44-günlük Vətən müharibəsində, həm də 2023-cü ildə həyata keçirdiyimiz antiterror tədbirlərində sübut etmişik. Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş tikinti-quruculuq işləri, abadlıq da rəsmi Bakının niyyətindən xəbər verir. Azərbaycanın atdığı addımlar beynəlxalq hüquqa uyğun olduğu üçün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul etdi. Dünyanın ən inkişaf etmiş dövlətlərindəki ermənipərəst hakim komandalar belə, Cənubi Qafqazdakı prosesləri dəyişdirə bilmədilər. ABŞ, Fransa kimi ölkələr səhv etdiklərini artıq anlayırlar. Odur ki, ayrı-ayrı kanallar vasitəsilə Bakıya “əməkdaşlıq”, “dialoq” təklifi edirlər. Biz ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Bayden administrasiyasının Azərbaycana qarşı ədalətsiz siyasətini aradan qaldıracağına, ikili standartlara son qoyacağına ümid edirik. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir və onun birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmayıb. Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi. Bayden administrasiyası dünyada Amerikaya olan inamı böyük dərəcədə sarsıtdı. Donald Tramp isə bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. O, ailə dəyərlərinə, mənəviyyat məsələlərinə xüsusi diqqət yetirir. Biz ümid edirik ki, Trampın hakimiyyəti dönəmində Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq mümkün olacaq. Hətta bu əlaqələri strateji səviyyəyə qaldırmaq mümkündür. Göründüyü kimi, Ermənistanın bel bağladığı qüvvələr bir-bir tarixin arxivinə gömülürlər və bu dəyişikliklər qonşumuzu bərk narahat edir. Çünki onlar məhz xaricdəki havadarlarına arxalanaraq revanşist siyasətlərini həyata keçirməyə çalışırlar. 600 il öncə irəli sürülən faşizm ideologiyası çoxdan çürüyüb, Paşinyan yeni dövrün yeni diktələri haqda düşünmək, ya yaşamaq, ya da məhv etmək seçimi qarşısındadır”.

Mehriban Vəliyeva Ermənistanda siyasi ideologiyanın faşizm üzərində qurulduğunu sübut edən kifayət qədər faktların mövcud olduğunu qeyd edib: “İkinci dünya müharibəsi dövründə III Reyxlə əməkdaşlıq etmiş, türk qanı tökməkdən həzz alan, tsexakronizmin banisi Qaregin Njdeyə pərəstiş ideologiyası aradan qalxmayınca, xəstə düşüncələr sağalmayınca yeni düzəndə köhnə baxışla irəliləmək erməni xalqını məhvə sürükləyəcək. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın Qarabağda törətdikləri cinayətlər, Levon Ter-Petrosyanın 31 il əvvəl bir qrup hərbçinin iştirakı ilə keçirilən toplantıda etdiyi çıxış da faşist ideologiyasına xidmət etdiklərini bir daha sübut etdi. Ter-Petrosyan çıxışında erməni xalqının 600 illik problemi həll etdiyini, Ermənistan və Qarabağı digər millətlərdən təmizlədiklərini, 170 min azərbaycanlını Ermənistandan qovduqlarını, Azərbaycanda yaşayan soydaşlarının problemlərinin həll etdiklərini, Azərbaycan ərazilərini zəbt etdiklərini, “Miatsum” hərəkatının mahiyyətini, Qarabağın isə zəbt edildikdən sonra boş danışıqlarla illərlə uzadılmasını acıq-aydın bəyan etdi. O, silahlıları Ağdam şəhərini işğal etmələri münasibətilə təbrik edir, babalarının arzularını reallaşdırdıqları üçün qürur duyur. Göründüyü kimi, Ermənistanda siyasi hakimiyyətdə olan bütün qüvvələr bir qayda olaraq faşizm ideologiyasına xidmət ediblər, “yeni ərazi” tamahında olublar. Ağır məğlubiyyətə uğrayandan sonra Paşinyan erməni cəmiyyətini aldatmaq üçün “mən bilmirdim ki, öncəki prezidentlərin dövründə danışıqlar Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində aparılıb” ifadəsini işlədib. Gülməlidir. Bir ölkə üçün taleyüklü məsələ üzrə aparılan danışıqların mahiyyətini bilməyən, özünü siyasətçi hesab edən biri necə hakimiyyətə iddia edə bilər? “Qarabağ Ermənistandır, nöqtə” deyən adam bu gün “Azərbaycanın ərazi bütövlüyünü tanıyıram” söyləməklə demokrat olurmu? Təbii ki, Azərbaycan Ermənistanda əsl demokratik qüvvələrin hakimiyyətdə olmasının tərəfdarıdır. Təəssüflər olsun ki, hələ İrəvanda belə qüvvələr yoxdur. Paşinyan gələcəkdə özünə heykəl qoydurmaq istəyirsə, güc toplayaraq özü-özünü aşa bilsin, Njdenin heykəlini sökdürüb xalqı xəstə ideologiyadan xilas etsin. Unutmasın ki, müasir dövr faşizm ideologiyasını çoxdan çözüb”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr