Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın fiskal imkanları bahalı və uzunmüddətli resurs müharibəsi aparmağa hazır deyil

Ermənistanın fiskal imkanları bahalı və uzunmüddətli resurs müharibəsi aparmağa hazır deyil

Bakı, 2 oktyabr, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibə Ermənistandakı mövcud iqtisadi ressesiyanı dərinləşdirməkdə və mövcud bütün resurslarını məhv etməkdədir. Belə ki, Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibədə Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi açıqladığı məlumatlara əsasən, rəşadətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21:30-dək düşmənin 200-dək tank və digər zirehli texnika, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan çox avtomobil texnikası, bir ədəd “S-300” zenit-raket kompleksi məhv edilib. Qeyd edək ki, bundan əlavə Ermənistanın 2 ədəd “SU-25” hərbi qırıcısının dağa çırpılaraq məhv olduğu barədə məlumatlar açıqlanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, mərkəzin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ayaz Museyibov Ermənistanın düşdüyü acınacaqlı vəziyyəti şərh edib

O bildirib ki, məhv edilən “S-300” sistemlərinin qiyməti növlərindən asılı olaraq 115 milyondan 160 milyon ABŞ dollarınadək dəyişir. Hərbi-analitik “Deagel” nəşrinə görə, Ermənistanın arsenalında olan silahlar isə “S-300”lərin “PMU1” modifikasiyasına məxsusdur. Bu modifikasiyaların qiymətləri isə 160 milyon dollar civarında, bir raketinin qiyməti isə 1 milyon dollardan çox qiymətləndirilir. Həmçinin “SU-25” təyyarələrinin qiyməti 11 milyon dollardır. Əlavə olaraq, düşmənin arsenalında olan və məhv edilən 200-dək “T-72” və onun müxtəlif modifikasiyalarının ümumi qiyməti isə 300 milyon dollar civarında qiymətləndirilir. Hərbi ekspertlər Ermənistanın məhv edilən hava hücumundan müdafiə sistemləri arasında əsasən “Osa” komplekslərinin üstünlük təşkil etdiyini bildirirlər. Bu tipli silahların birinin qiyməti isə 20-25 milyon dollar arasında dəyişir. Həmçinin ötən 4 gün ərzində düşmənin sıradan çıxarılmış təkcə avtomobil texnikasının ümumi qiyməti 2 milyon dollardan çoxdur. Göründüyü kimi, cəmi 4 gün ərzində qəhrəman Ordumuzun düşmənə endirdiyi zərbələr nəticəsində rəqibin 1 milyard 200 milyon dollardan çox qiyməti olan hərbi texnika və sursatı məhv edilib.

“Qeyd edək ki, bu ölkənin Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2020-ci il ərzində dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclər 634 milyon dollar civarındadır. Dünya Bankının məlumatına əsasən, bu ölkənin ümumi daxili məhsulu 2019-cu ildə 13 milyard dollar civarında olub. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına görə, bu ölkə hər il ÜDM-in 5 faizə yaxınını hərbi xərclərə ayırır. Nüfuzlu “Global FirePower” hərbi-analitik mərkəzinin hesablamalarına əsasən isə Ermənistanın ümumi hərbi büdcəsi 1 milyard 385 milyard dollar qiymətləndirilir. Göründüyü kimi, cəmi 4 gün ərzində Azərbaycan Ordusu düşmənin hərbiyə ayırdığı vəsaitdən 2 dəfə çox büdcəsini, ümumi hərbi büdcəsinin isə tamamını məhv edib. Qeyd olunanları nəzərə alaraq, indiki vəziyyətdə düşmənin resurs müharibəsinə çox davam gətirəcəyi gözlənilmir. Çünki, pandemiyanın gətirdiyi yeni iqtisadi şərait bu ölkədə iqtisadi vəziyyəti onsuz da kəskinləşdirib. Bu baxımdan həmin ölkənin uzunmüddətli resurs müharibəsi aparmaq üçün heç bir əlavə imkanları mövcud deyil. Bu ölkənin iqtisadiyyatı cari ilin ikinci rübündə 2009-cu ildən bəri ən kəskin azalmanın (13,7 faiz) şahidi olub. Ölkənin Statistika Komitəsinin məlumatına əsasən, iqtisadiyyat ilin əvvəli ilə müqayisədə isə ümumilikdə 5,7 faiz azalıb. Cari ilin iyul ayının göstəricilərinə əsasən, ticarət balansında 1 milyard dollar həcmində kəsir mövcuddur. Fiskal büdcə defisiti isə ÜDM-in 5 faizi civarındadır”, - deyə ekspert bildirib.

A.Museyibov əlavə edib ki, Ermənistanın iqtisadi artımının ən yüksək drayveri hesab olunan xidmət sektoru pandemiyanın təsiri ilə onsuz da 10 faiz azalmışdı. Müharibə şəraitində isə xidmət və turizm sektorunun Ermənistanda çökəcəyini və bunun iqtisadi göstəriciləri kəskinləşdirəcəyini proqnozlaşdırmaq heç də çətin deyildir. Belə ki, Ermənistan Mərkəzi Bankının rəsmi məlumatına görə, bu ölkənin hazırda rəsmi rezerv aktivləri 2,6 milyard dollar həcmindədir. Artıq cəmi 4 gün ərzində bu ölkənin aktivlərinin 50 faizi həcmində “əlavə xərc”i yaranıb. Yeganə olaraq, erməni hökumətinin istinad edə biləcəyi borclanma siyasətinin də artıq fayda verməyəcəyi məlumdur. Belə ki, bu ölkənin Maliyyə Nazirliyi tərəfindən açıqlanan məlumatlarda da ölkənin getdikcə borc bataqlığında olduğu görünməkdədir. Cari ilin yanvar-avqust ayları ərzində büdcənin gəlirləri ötən illə müqayisədə 6 faiz azalıb. Həmçinin bu ölkənin 6 milyard 48 milyon dollar həcmində xarici borcu mövcuddur. Hələ müharibə başlamazdan öncə dövlət borcunun 2020-ci ildə ÜDM-in 60 faizədək artması Maliyyə Nazirliyinin proqnozlarında əks olunurdu. Qeyd edək ki, qəbul olunmuş beynəlxalq metodologiyaya əsasən bu göstəricinin 40 faizdən yüksək olması ölkənin maliyyə və iqtisadi təhlükəsizliyi üçün təhlükəli hesab olunmur.

Ekspert deyib: “Ermənistan hökumətinin rəsmi proqnozlarında 2025-ci ilədək ölkənin bu borc bataqlığından çıxmayacağı və ən azı ÜDM-in 50 faizi həcmində dövlət borcunun olacağı da proqnozlaşdırılıb. Digər tərəfdən, 2020-ci ilin Statistika Komitəsinin avqustun 31-də açıqladığı məlumatlardan da görünür ki, bu ölkənin dövlət borcunun 76 faizdən çoxu xarici valyutada, əsasən də ABŞ dollarında (40 faizə yaxın) əks olunub və ümumi borcların 20 faizə yaxını üzən faiz dərəcəsi alınıb ki, bu da qarşıdakı qeyri-stabillik vəziyyətlərində ölkənin borclara görə ödədiyi borca xidmət xərclərini artıracaq. Hazırda bu ölkənin, cəlb etdiyi xarici kreditlərin ümumi həcmi isə 4 milyard 607 milyon dollar təşkil edir. Ümumi həcmdə əsas pay bir neçə beynəlxalq təşkilat və ölkədən olan investorlara məxsusdur ki, burada da borc tərkibinin diversifikasiya edilmədiyinin şahidi oluruq. Gözləniləndir ki, bu istiqamətdə investiyalar repatriasiya ediləcək. Bu baxımdan, hazırda Ermənistanın nəinki hərbi, həmçinin iqtisadi təhlükəsizliyi də özünün destruktiv və əsassız siyasəti nəticəsində təhlükə altına düşüb. Göründüyü kimi, statistik iqtisadi göstəricilər Ermənistan iqtisadiyyatının ağır iqtisadi durumunun Azərbaycanla savaşı uzun müddət davam etdirməyə imkan vermədiyini və iqtisadi vəziyyətinin uzunmüddətli gərginliklərə, resurs savaşına hazır olmadığını göstərir. Statistik göstəricilərdən də vacibi isə, həqiqət anının Azərbaycan xalqının tərəfində olması fonunda ölkəmizdəki milli birlik qarşısında düşmənin çökəcəyi gün uzaqda deyil.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransız professor: Mədəniyyətlərarası dialoq sülhün və fundamental insan hüquqlarının təşviqinə xidmət edir

Azərbaycan Prezidenti: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir

Fərid Cəfərov: Müasir dünya gənclərə öz potensiallarını reallaşdırmaq üçün geniş imkanlar yaradır

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

Üç ölkənin müdafiə nazirləri Qara dənizin təhlükəsizliyini müzakirə edəcəklər

Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına qeydiyyat başlayır

Sunniya Durrani-Camalı: AİB regional yaşıl enerji əlaqələrinin qurulması istiqamətində iş aparır

Anais Dagrou: Qızların rəqəmsal imkanlara çıxışı genişləndirilməli, süni intellekt üzrə bilikləri artırılmalıdır

Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

Akademik Kamal Abdulla: “Öyrədərək öyrənirik” prinsipi təhsilin əsasını təşkil edir

BMT rəsmisi: Azərbaycan qızların təhsilinə və qadınların imkanlarının genişləndirilməsinə mühüm töhfə verir

Dmitro Şlapaçenko: Azərbaycan ilə BMT arasında formalaşmış tərəfdaşlıq sosial-iqtisadi inkişafa töhfələr verib

BƏT: Dünyada təxminən 66,5 milyon ev işçisi qeyri-rəsmi şəkildə çalışır

BMT Baş katibinin müavini: Gənc nəsil müharibə deyil, sülh nəsli olmalıdır

Komitə sədri: Qızların təhsil imkanlarının genişləndirilməsi davamlı inkişafın əsas şərtlərindən biridir

Səməd Bəşirli: Dayanıqlı İnkişaf Məqsədləri milli inkişaf siyasətinin ayrılmaz hissəsinə çevrilib

Firudin Qurbanov: Təhsili zəif olan insanları yanlış istiqamətə yönəltmək daha asandır

Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir

Migel Anxel Moratinos: Hazırda dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunur

Nazir muavini: Ali məktəbə qəbul olmaq üçün əzbərləmək kifayət deyil

Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir

Bakıda “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” mövzusunda sessiya təşkil olunub

Ötən gün narkotiklərlə əlaqəli 22 fakt müəyyən olunub

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına

İsraildə seçkilərin ilkin “exit-poll” nəticələri açıqlanıb

Fethi Mansouri: Sosial həmrəylik və ədalət insan tərəqqisinin əsasını təşkil edir

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olur

Nazir müavini: Azərbaycan DİM-lərlə bağlı çağırışlarda güclü institusional bazaya malikdir

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Özbəkistanda Mərkəzi Asiya və Azərbaycan gənc liderlərinin dialoqu keçirilir

Suriya və İordaniya birgə təhlükəsizlik komitəsi yaradacaq

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir VİDEO

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir VİDEO

Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib

Azərbaycan və Belarus: Hərbi-texniki tərəfdaşlıqdan gələcəyin birgə texnologiyalarına

Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 67,8 kilometrdir

Ağdaş və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

® “Baku Steel Company” Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim edib

Qızıl və gümüş ucuzlaşır VİDEO

Qızıl və gümüş ucuzlaşır VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 122 dollara satılır VİDEO

Azərbaycan nefti 122 dollara satılır VİDEO

ABŞ Yaxın Şərqə “Patriot” hava hücumundan müdafiə sistemləri yerləşdirir

Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsüdür - ŞƏRH

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib VİDEO

Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib VİDEO

WSJ: ABŞ İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı Körfəz ölkələrini xəbərdar edib

ABŞ-nin dövlət borcu 40,5 trilyon dolları ötüb

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Suriya ilə İordaniya arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edib

ABŞ-nin İranla münaqişədə hərbi xərcləri 47 milyard dollara çatıb

Mariana adalarının cənubunda 5,8 bal gücündə zəlzələ baş verib

Tramp: ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək

Niderlandda soyuq müharibə dövrünə aid bunker satışa çıxarılıb

ABŞ Şərqi Sakit okeanda narkotik daşıyan gəmini məhv edib

ABŞ Braziliyada prezident seçkilərində məğlub olan Bolsonaru və ailəsinə viza verib

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb

Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni təşəbbüs: beynəlxalq platformaların birgə səyləri

Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

BTQ Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsini pisləyib

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir

Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq