Ermənistanın sabiq prezidentinin polis tərəfindən döyülən oğlu xəstəxanaya aparılıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Cümə günü müxalifətin İrəvanda keçirdiyi etiraz aksiyası zamanı Ermənistanın sabiq prezidenti Robert Koçaryanın polis tərəfindən saxlanılan oğlu Levon xəstəxanaya yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, Levon Koçaryanın vəkili Aleksandr Koçubayev sabiq prezidentin oğlunun xüsusi təyinatlılar tərəfindən döyüldüyünü və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparıldığını sosial şəbəkələrdə yazıb.
Bir müddət öncə isə Ermənistan mediası Levon Koçaryanın avtomobildə polis tərəfindən döydüldüyünü əks etdirən kadrları yayımlayıb.
Ermənistan polisinin məlumatına görə, gün ərzində İrəvanda hökumət əleyhinə keçirilən aksiyaların 84 iştirakçısı saxlanılıb. Onlar hüquq-mühafizə orqanları nümayəndələrinin qanuni tələblərini yerinə yetirməməkdə ittiham olunurlar.
Müxalifət nümayəndələri baş nazir Nikol Paşinyanın və hökumətinin istefasını tələb edirlər. “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyanın sözlərinə görə, parlamentdəki müxalifət fraksiyası Nikol Paşinyana qarşı impiçment prosesinə təşəbbüs göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]