SİYASƏT
Ərzurum şəhərində Müstəqillik Günü münasibətilə təntənəli mərasim təşkil edilib
![](/files/galleryphoto/2022/2/1200x630/165377548998703724_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/165377548920977942_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1653775489111723938_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16537754892452912319_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16537754892350053169_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16537754892119243553_1200x630.jpg)
Ərzurum, 29 may, AZƏRTAC
Azərbaycanın Qarsdakı Baş Konsulluğu 28 May - Müstəqillik Günü münasibətilə Türkiyənin Ərzurum şəhərində təntənəli mərasim təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Rəsmi hissə və bədii proqramdan ibarət olan mərasimdə Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, Ərzurum vilayəti valisinin müavini Can Atak və Ərzurum Atatürk Universitetinin rektoru Ömər Çomaklı çıxış ediblər.
Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin təsis edilməsini xalqımızın öz dövlətçilik tarixinə və ənənələrinə sədaqət nümunəsi kimi dəyərləndirən çıxışçılar diqqətə çatdırıblar ki, XX əsrin əvvəllərindən fərqli olaraq indi müasir Azərbaycan bütün sahələr üzrə dinamik inkişafdadır.
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs, eləcə də böyük siyasi xadimin Türkiyə ilə qardaşlıq münasibətlərinin bərpası və inkişafı istiqamətində formalaşdırdığı strategiya barədə müfəssəl məlumat verilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyində Azərbaycan-Türkiyə münasibətlərinin Şuşa Bəyənnaməsi əsasında müttəfiqlik səviyyəsinə yüksəlməsi dövlətlərimizin birlikdə güclənməsi, ölkələrimizin təhlükəsizliyi, xalqlarımızın rifahı üçün mühüm əhəmiyyət kəsb edir.
Mərasim Naxçıvan Dövlət Konservatoriyasının bədii qrupları tərəfindən zəngin ifalarla davam etdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ərzurum