ƏSAS (9 İLLİK) TƏHSİL BAZASINDAN ORTA İXTİSAS MƏKTƏBLƏRİNƏ QƏBUL İMTAHANI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008-2009-cu tədris ili üçün əsas (9 illik) təhsil bazasından orta ixtisas məktəblərinə avqustun 21-də qəbul imtahanı keçirmişdir.
TQDK-dan bildirmişlər ki, bu il əsas təhsil bazasından orta ixtisas məktəblərinə 9 min 452 plan yeri ayrılmışdır.
Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Quba və Göyçay şəhərlərində keçirilmiş imtahanlarda 23 mindən çox abituriyent iştirak etmişdir. Onlar hər birində 15 sual olmaqla ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən imtahan vermişlər.
Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı, Azərbaycan dili fənnindən də imtahan vermişlər. Onlara Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunmuşdur.
Müvafiq təhsil bazasından 89 ixtisas üzrə 47 orta ixtisas məktəbinə qəbul aparılır. Nəzərdə tutulan plan yerlərindən 5 min 831 yer ödənişsiz, 3 min 621 yer ödənişli əsaslarla olan ixtisaslardır.
İmtahanın nəticələri avqustun 25-dək TQDK-nın internet saytında yerləşdiriləcək və “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]