Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əsrin müqaviləsi” – Milli uğur strategiyası

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin inkişafının maliyyələşdirilməsi və yaxın ölkələrlə razılaşmalar yolu ilə regional sabitliyin və inkişafın təşviqi istiqamətində öz neft sənayesini xarici investisiyalar üçün açdı. Hökumətin hazırladığı milli strategiya 1994-cü ilin sentyabrında, Azərbaycan üçün tarixi bir gündə - Hasilatın pay bölgüsü haqqında Sazişin (HPBS) imzalanması ilə nəticələndi. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən 3 əsas neft yatağını - “Azəri”, “Çıraq” yataqlarını və “Günəşli” (AÇG) yatağının dərinlikdə yerləşən hissəsini əhatə edən sahənin işlənməsi haqqında həmin saziş Dövlət Neft Şirkəti (SOCAR) ilə 7 ölkədən olan 11 xarici neft şirkəti arasında imzalandı.

İlkin olaraq 30 il müddətinə imzalanan və 2017-ci ildə əsrin ortalarınadək uzadılan saziş 1994-cü il dekabrın 2-də Milli Məclis tərəfindən qəbul olunub və həmin il dekabrın 14-də qüvvəyə minib. Bu HPBS keçmiş Sovet ittifaqının hər hansı bir ölkəsinə qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və “Əsrin müqaviləsi” kimi tanınır.

HPBS ratifikasiya olunduqdan sonra sazişi SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. İlkin olaraq ABƏŞ 6 ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkətindən (BP, “Amoco”, “Unocal”, “LUKoil”, “Statoil” (indiki “Equinor”), “Exxon”, “TPAO”, “Pennzoil”, “McDermott”; “Ramco”; “Delta Nimir”) təşkil olunub.

1999-cu ilin iyunundan etibarən BP ABƏŞ üzrə operatorluq funksiyasını öz üzərinə götürüb.

Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: BP (30,37 faiz), SOCAR (25 faiz), “Chevron” (9,57 faiz), “Inpex” (9,31 faiz), “Equinor” (7,27 faiz), “ExxonMobil” (6,79 faiz), “TPAO” (5,73 faiz), “Itochu” (3,65 faiz), “ONGC Videsh Limited” (OVL) (2,31 faiz).

AÇG sazişi ABƏŞ üçün iş proqramını və xüsusi layihə büdcələrini təsdiq edən Rəhbər Komitə tərəfindən tənzimlənir. Rəhbər Komitə SOCAR, Azərbaycan hökuməti və iştirakçı xarici neft şirkətlərinin nümayəndələrindən təşkil olunub.

Saziş Azərbaycanın dəniz yataqları üzrə ilk HPBS sazişidir, ölkənin yeni neft strategiyasının institusionallaşması və investorlar üçün hüquqi sabitlik təmin edən bazanın yaranması ilə əlamətdardır. HPBS-ə əsasən, yatağın işlənməsinin hər mərhələsi üçün iştirakçı neft şirkətləri bütün işlənmə xərclərini ödəyir və həmin xərcləri “məsrəflərin ödənilməsi üçün neft” formasında kompensasiya edirlər. Hasil olunan neftin qalan hissəsi şirkətlər və Azərbaycan dövləti arasında bölüşdürülən “mənfəət nefti”dir.

Müqavilə sahəsi

AÇG neft yatağı Xəzərin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzərin altında 2000-3500 metr dərinlikdə yerləşən “Balaxanı” VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir. Bu ilin birinci yarısının sonuna ümumi investisiya həcmi 36 milyard dollardan çox olub. Bu günədək AÇG yatağından cəmi 3,6 milyard barreldən çox neft hasil edilib.

Yatağın işlənməsi bir neçə mərhələdə həyata keçirilib: “Çıraq” yatağından hasilat ilkin neft layihəsi (İNL) çərçivəsində 1997-ci ildən başlanıb. Bunun ardınca “Azəri” layihəsi Mərhələ 1 - “Mərkəzi Azəri” gəlir. Orada hasilat 2005-ci ilin əvvəlində başlanıb. Sonrakı 2-ci faza “Qərbi Azəri” və “Şərqi Azəri” platformalarını əhatə edib. Orada hasilat müvafiq olaraq 2005-ci ilin dekabrında və 2006-cı ilin axırlarında başlanıb. AÇG yatağının işlənməsinin növbəti 3-cü fazası çərçivəsində “Dərinsulu Günəşli” platformasından hasilat 2008-ci ilin aprelində başlanıb. Həmin fazalardan sonra “Qərbi Çıraq” platformasını əhatə edən “Çıraq” neft layihəsi davam edib. Həmin platformadan ilk neft 2014-cü il yanvarın 28-də əldə olunub. AÇG yatağının işlənməsi ilə əlaqədar ən sonuncu layihə “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsidir. Bu layihəyə cari ildə sanksiya verilib və o, bir hasilat platformasının tikintisindən ibarətdir. ACE layihəsi hazırda icra mərhələsindədir və orada ilk neft hasilatı 2023-cü ildə gözlənilir.

Hazırda AÇG yatağından gündəlik təxminən 550 min barrel neft hasil olunur. Həmin neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutları ilə ixrac olunur.

Beynəlxalq səviyyədə tanınma

AÇG tərəfdaşları ilə Azərbaycan hökumət arasında 25 illik uğurlu əməkdaşlıq xarici neft şirkətlərinin Azərbaycan hökuməti və SOCAR ilə dənizdə hasilat platformaları, sualtı boru kəmərləri, quruda saxlama və beynəlxalq bazarlara ixrac sistemlərini əhatə edən dünya səviyyəli layihəni birgə həyata keçirməyin mümkünlüyünü nümayiş etdirib.

Bu, investorların inamını artırıb və beynəlxalq aləmdə Azərbaycanın uğurlu biznes məkanı kimi tanınmasına imkan yaradıb.

AÇG sayəsində Azərbaycan strateji enerji təchizatçısı kimi daha mühüm rol oynamağa başlayıb.

Sazişin müddətinin uzadılması

AÇG yatağının işlənməsinin misilsiz uğurunu nəzərə alaraq, Azərbaycan hökuməti və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən təsdiq edilmiş sazişi 2017-ci il sentyabrın 14-də imzalayaraq sazişin müddətini əsrin ortalarına qədər uzadıblar. Yeni saziş Bakıda, Prezident İlham Əliyevin iştirakı ilə imzalanıb.

Yeni saziş hökumətə və investorlara AÇG-nin Azərbaycan və şirkətlər üçün iqtisadi səmərəliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu dünya səviyyəli yatağa 40 milyard dollardan çox kapital qoymağa imkan verir. O, növbəti 30 ildə AÇG üzrə iştirakçı şirkətlərin AÇG yatağının uzunmüddətli işlənmə potensialını yeni investisiyalar, yeni texnologiyalar və yataqdan hasilatı maksimuma çatdırmaq üçün yeni birgə səylər hesabına açmaq üçün Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirəcəklərinə zəmanət verir.

AÇG layihəsi üzrə işin böyük hissəsi Azərbaycan mütəxəssisləri və işçi qüvvəsi tərəfindən yerinə yetirilib

AÇG layihəsində ən birinci və ən vacib yeri onun işlənməsinə cəlb olunmuş yüksəkixtisaslı insanlar tutur. AÇG layihəsi dünyanın müxtəlif yerlərindən öz işinə sadiq minlərlə insanın töhfə verdiyi əsl beynəlxalq miqyaslı nailiyyət olsa da, işin böyük hissəsi ölkə daxilində Azərbaycan mütəxəssisləri və işçi qüvvəsi tərəfindən yerinə yetirilib.

Layihə qonşu icmalardan minlərlə insanı işlə təmin edib və yüzlərlə yerli Azərbaycan şirkətlərinə öz imkanlarını inkişaf etdirməyə, neft-qaz sənayesi layihələri üçün təchizatçı olmağa imkan verib. Yeni peşə bacarıqları öyrənilib, yerli biznes infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşıb.

İmkanların bu cür artması layihələr çərçivəsində dünya səviyyəli dəniz platformalarının istehsalı ilə əlaqədar işləri tam olaraq Azərbaycanda yerinə yetirməyə imkan verib.

Bundan əlavə, hazırda Azərbaycan vətəndaşları AÇG üzrə operator olan “BP Azerbaijan” şirkətinin peşəkar heyətinin 90 faizini təşkil edir. AÇG layihəsində iştirak edən milli kadrların inkişaf etdirilməsi çərçivəsində BP Azərbaycan şirkətinin bir çox yerli işçiləri BP-nin Böyük Britaniya, İraq, Rusiya və digər ofislərində rəhbər vəzifələrə təyin olunaraq yüksək peşəkarlıq və səriştə əldə ediblər.

Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri

Beynəlxalq səviyyədə AÇG layihəsinin uğuru Azərbaycandan gələn enerjinin strateji əhəmiyyətini əks etdirir. AÇG layihəsi qapalı hövzə olan Xəzər dənizindən dünya bazarlarına tamamilə yeni bir marşrut açıb. Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri AÇG layihəsinin həyata keçirilməsinin vacib və ayrılmaz tərkib hissəsidir.

Hazırda AÇG yatağından hasil olunan həcmin böyük hissəsi dünya bazarlarına bu boru kəməri vasitəsilə çatdırılır. BTC 3 ölkənin ərazisindən keçərək 1768 kilometr məsafəyə uzanan dünya səviyyəli bir boru kəməridir. O, Azərbaycandan Gürcüstana keçərək Aralıq dənizinə çatır. Türkiyənin Ceyhan şəhərində yeni bir dəniz terminalı inşa edilib. BTC kəməri beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxış təmin edən bir marşrutdur və regionu əsas beynəlxalq enerji oyunçusuna çevirir.

BTC boru kəməri tranzit əraziyə malik ölkələr üçün xeyli gəlir gətirib, Azərbaycan, Gürcüstan, Türkiyə və qərb arasında iqtisadi və siyasi əlaqələrin güclənməsinə kömək edib. BTC kəmərinin ötürücülük qabiliyyəti gündəlik 1 milyon barrel təşkil edən layihə gücündən hazırda sutkalıq 1,2 milyon barrelə qədər artırılıb. Bu günədək həmin boru kəməri vasitəsilə təxminən 3,3 milyard barrel (təxminən 440 milyon ton) xam neft Xəzərdən Aralıq dənizinə təhlükəsiz və etibarlı şəkildə nəql olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib