Estoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Toomas Hendrik İlvesə
Hörmətli cənab Prezident,
Xaapsalu şəhərindəki uşaq evində baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Estoniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 fevral 2011-ci il.