Estoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Toomas Hendrik İlvesə
Hörmətli cənab Prezident,
Əziz dostum,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Estoniya münasibətləri bu gün hərtərəfli inkişaf yoluna qədəm qoymuşdur. Əminəm ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 fevral 2011-ci il.