Estoniyanın Kohtla-Yarve şəhərində axtarış-xilasetmə qrupu koronavirusa yoluxub
Tallinn, 20 avqust, AZƏRTAC
Həftə sonu Estoniyanın Kohtla-Yarve şəhərində axtarış-xilasetmə qrupunun əməkdaşlarından COVID-19 üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxıb.
AZƏRTAC ölkənin Xilasetmə Departamentinin yaydığı məlumata əsasən xəbər verir ki, Kohtla-Yarve şəhərinin axtarış-xilasetmə məntəqəsi bağlanıb və dezinfeksiya edilib.
Bildirilib ki, yoluxmuş şəxslə təmasda olan digər xilasedicilər də test analizindən keçib. Onların koronavirus testi isə mənfi nəticə verib. Axtarış-xilasetmə qrupunun Kohtla-Yarve şəhərindəki şöbəsi gələn həftə təkrar veriləcək test analizlərinin nəticələri müəyyənləşənədək bağlı qalacaq.
Departamentdən bildirilib ki, bölgədə xilasetmə xidmətləri əvvəlki qaydada göstəriləcək. Belə ki, köməyə Yıxvi şəhərinin axtarış-xilasetmə qrupu gələcək.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]