Evlərdən və avtomobildən oğurluq etmiş şəxslər saxlanılmışlar
Bakı, 28 iyun (AZƏRTAC). Salyan rayonunda Ağababa Məmmədovun evindən qızıl əşyalar oğurlanmışdır.
Oğurluğu törətmiş şəhər sakini Nadir Mustafazadə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Aparılmış araşdırmalar zamanı onun Anar Mehdiyevin evindən də pul və qızıl əşyalar oğurlaması müəyyən edilmişdir.
Göygöl rayonunda Rima İsmayılovanın evindən pul, habelə qızıl əşyalar oğurlanmışdır. Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Hilal Abdullayev tutulmuş, Elçin adlı şəxs isə müəyyən edilmişdir.
Paytaxtın Nərimanov rayonunda Vidadi Həsənovun evindən pul və mobil telefon oğurlanmışdır. Oğurluğu törətmiş Daşkəsən rayon sakini Əfqan Zeynalov rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur.
Yasamal rayonunun L.İmanov küçəsində yerləşən avtoyuma məntəqəsində paytaxt sakini Samir Quliyevə məxsus “BMW” markalı avtomobildən pul oğurlanmışdır. Hadisəni törətmiş Abşeron rayon sakini Fuad Xudiyev rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]