“FAB” ŞİRKƏTİNİN NÜMAYƏNDƏLƏRİ 37 NÖMRƏLİ UŞAQ SANATORİYASINA YARDIM ETMİŞLƏR
Şirkətin təsisçilərindən olan Anar Əliyev müəssisənin əldə etdiyi nailiyyətlərin ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda sahibkarlığın inkişafına göstərdiyi qayğının bəhrəsi kimi qiymətləndirmişdir. İmkansız, kimsəsiz, sosial vəziyyəti ağır olan insanlara əl tutmaq, onlara kömək göstərmək dahi rəhbərimizin daim diqqətdə saxladığı məsələlərdən biri olmuşdur. Ona görə də şirkətimizin nümayəndələri uşaq sanatoriyasına gəlib, buradakı körpələri sevindirməklə ulu öndərimizin nəcib əməllərini yaşatmağa çalışırlar.
Bizim qəti inamımız belədir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində maraqlı olan hər bir vətəndaş əbədi liderimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidir.