Faiq Rəfiyev: Azərbaycan budo döyüş növləri üzrə dünya kuboku yarışlarına ev sahibliyi edəcək
Bakı 26 may, AZƏRTAC
Azərbaycan və Dünya Budo Döyüş Növləri federasiyalarının birgə təşkilatçılığı ilə Bakıda açıq beynəlxalq çempionat keçiriləcək. Çempionatın açılış mərasimi mayın 27-də Qafqaz Biznes Mərkəzində təşkil olunacaq.
Bu sözləri Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyev AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Federasiya prezidenti qeyd edib ki, idmançılar yarışda əsasən, kəmər və həvəskar döyüşlər üzrə mübarizə aparacaqlar. Çempionatda 300-ə yaxın idmançının iştirakı nəzərdə tutulub. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Şimali Kipr, Qırğızıstan, Tacikistan, Əfqanıstan, İraq və digər ölkələrdən atletlər güclərini sınayacaqlar.
Faiq Rəfiyev federasiyanın planları barədə danışarkən deyib: “Azərbaycanda Budo Döyüş Növləri Federasiyası 2008-ci ildə yaradılıb. Dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda idmançılarımız uğurla çıxış edərək yaxşı nəticələr əldə ediblər. Artıq dünya və Avropa çempionlarımız var. Yaxın gələcəkdə idmanın bu növü üzrə ölkəmizdə irimiqyaslı yarışlar təşkil olunacaq olacaq. İlin sonunda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dünya kuboku yarışlarına ev sahibliyi edəcəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]