“Faksay” tufanı Yaponiyanın Oqasavara adalarına yaxınlaşır
Tokio, 7 sentyabr, AZƏRTAC
Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumata görə, “Faksay” tufanı Tokionun cənub-şərqində yerləşən Oqasavara adalarına yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, şənbə günü saatda 35 kilometr sürətlə şimal-qərb istiqamətində hərəkət edən tufan Oqasavara adalarından biri olan Çiçizimanın şərqindən 200 kilometr məsafədə baş verib. Tufanın mərkəzində küləyin sürətinin saatda 126 kilometrə çatdığı qeyd edilir. Küləyin şiddətinin saatda 180 kilometrə çatacağı proqnozlaşdırılır.
Tufanın öz intensivliyini saxlayaraq bazar günündən birinci günə keçən gecə Tokio da daxil olmaqla, Kanto regionuna çatacağı gözlənilir. Agentlik tufanın keçəcəyi ərazidə yaşayan əhaliyə güclü külək, leysan yağışları və dalğalı dəniz barədə xəbərdarlıq edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]