DÜNYA
“Faksay” tufanı Yaponiyanın şimal-şərqində fəsadlar törədib
Tokio, 9 sentyabr, AZƏRTAC
Ötən gecə paytaxt Tokionu öz ağuşuna alan güclü “Faksay” tufanı nəticəsində 930 min mənzil elektrik enerjisiz qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Tokyo Elelctrik Power Co.” şirkəti məlumat yayıb. Güclü yağışların torpaq sürüşmələri yaratdığı Çiba prefekturasında ən azı 20 nəfər xəsarət alıb. Küləyin sürətinin azalmasına və nəqliyyatın öz hərəkətini bərpa etməsinə baxmayaraq, avqustun 9-da Tokionun bir çox məktəblərində dərslər təxirə salınıb.
Həmin gün səhər saatlarında “Faksay” tufanının saatda 25 kilometr sürətlə “Narita” beynəlxalq hava limanı istiqamətində hərəkət etdiyi bildirilir. Bazar günü və birinci gün 200-dən çox aviareys təxirə salınıb.
“East Japan Railway” şirkəti Tokio rayonunda və yaxınlıqdakı prefekturalarda avqustun 9-da səhər saat 8-dək qatarların hərəkətinin dayandırıldığını bildirib.
Tokioda və Osakada sürətli “Şinkansen” qatarlarının operatoru 117 reysin təxirə salındığı barədə xəbərdarlıq edib.
Güclü küləyin bir sıra yerlərdə şüşələri sındırdığı, ağacları yıxdığı barədə də məlumatlar yayılıb.
Yaponiya Milli Meteorologiya Agentliyinin bildirdiyinə görə, tufanın mərkəzində təzyiq 960 hektapikselə çatıb, küləyin sürəti isə saatda 216 kilometrə bərabərdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio