FAO Ermənistanın Azərbaycana qarşı hərbi təxribatının kənd təsərrüfatına vurduğu zərər barədə məlumatlandırılıb
Qahirə, 23 iyul, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) portalında yayılan xəbərdə qeyd olunur ki, Azərbaycanın “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyəti sədrinin müavini Leyla Məmmədova jurnalistlərə müsahibəsində Ermənistanın Azərbaycana hərbi təxribatı nəticəsində kənd təsərrüfatına vurulmuş zərərin miqyası barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlandırılıdığını bildirib.
AZƏRTAC xəbər verir ki, UNA-nın xəbərində FAO-nun ekspertləri və Azərbaycan nümayəndələri arasında keçirilən virtual görüş zamanı Azərbaycanın sərhədyanı bölgəsində Ermənistanın hərbi təcavüzü nəticəsində fermerlərə ağır ziyan vurulduğu barədə faktların təqdim edildiyi qeyd olunub. Əlavə edilib ki, FAO-nun ekspertləri ilə həyata keçirilən birgə layihə ətrafında da fikir mübadiləsi aparılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:52]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:05]
Yeni dərman zavodundan REPORTAJ VİDEO
- 05.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [19:02]
Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]