Fəaliyyətinə icazə verilən şəxslərin öz avtomobili ilə sərnişin daşıması qadağan olunacaq
Bakı, 4 aprel, AZƏRTAC
Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən fəaliyyətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin daşıması qadağan olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeron ərazisində işləyən şəxslər şəxsi avtomobilindən istifadə etsələr də, onların avtomobilində özlərindən başqa, icazəsi olmayan şəxs aşkarlanarsa cərimələnəcəklər: “Xüsusi icazəsi olan şəxslər işə gedib-gəlmək üçün şəxsi avtomobilindən o halda istifadə edə bilər ki, həmin avtomobildə işi olmayan başqa şəxsi daşımasın. Yəni, avtomobildə onun ailə üzvü və ya küçəyə çıxmağa xüsusi icazəsi olmayan şəxs aşkarlanarsa, bu barədə qanunvericiliyə uyğun tədbir görüləcək. Avtomobil sahibinin yalnız özünün hərəkətinə icazə verilir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]