Fələstin BMT Təhlükəsizlik Şurasının ABŞ-ın Qəzza ilə bağlı təklifini qəbul etməsini alqışlayıb
Qahirə, 18 noyabr, AZƏRTAC
Fələstin BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Qəzza ilə bağlı təklif etdiyi qərar layihəsinin qəbul olunmasını alqışlayıb.
AZƏRTAC Qətər Xəbər Agentliyinə istinadla bildirir ki, qərar layihəsi Qəzzada daimi və ümumi atəşkəsin yaradılmasına, humanitar yardımların maneəsiz daxil olmasına şərait yaradılmasına, həmçinin Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsinə çağırır.
Fələstin bu qərarın dərhal tətbiq olunmasının vacibliyini vurğulayıb və bununla bağlı ABŞ administrasiyası, Təhlükəsizlik Şurasının üzvləri, ərəb və müsəlman ölkələri, Avropa İttifaqı və onun üzv dövlətləri, Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq koalisiyanın digər tərəfdaşları ilə əməkdaşlıq etməyə tam hazır olduğunu bildirib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [14:25]
Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]