Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərdi məlumatların informasiya sisteminin yaradılması qanunla tənzimlənir

Bakı, 28 yanvar (AZƏRTAC). Bu il dünya ölkələri Avropa Şurası (AŞ) tərəfindən 1981-ci il yanvarın 28-də Strasburq şəhərində qəbul edilmiş “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiyanın 30 illiyini qeyd edir. Konvensiya qəbul edildiyi gündən Avropada fərdi məlumatların mühafizəsi və məxfiliyin qorunması üzrə əsas sənəd olmuşdur. Konvensiya AŞ-yə üzv olan 43 ölkə tərəfindən ratifikasiya edilmişdir və bu quruma üzv olmasından asılı olmayaraq hər bir ölkə tərəfindən imzalanmaq üçün açıqdır. 2009-cu ildə Konvensiya Azərbaycan Milli Məclisi tərəfindən təsdiq edilmiş və 2010-cu il sentyabr ayından ölkəmizdə qüvvəyə minmişdir.

Dünya ölkələri ictimaiyyətinin bu məsələyə diqqətini artırmaq məqsədi ilə artıq beşinci ildir ki, AŞ-nin təşəbbüsü ilə yanvarın 28-i Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. Həmin gün dünyanın bir çox ölkələri məlumatların qorunması ilə bağlı məsələlərə aid müxtəlif xarakterli tədbirlər həyata keçirirlər.

Məlumatların Mühafizəsi Gününün qeyd olunmasında əsas məqsəd insanları bu məsələlər ilə bağlı maarifləndirmək, onlar haqqında məlumatların hansı məqsədlərlə toplanıldığı və işlənildiyini anlamaq imkanını yaratmaq və toplanılan fərdi məlumatların subyektlərinə onların hüquqlarını başa salmaqdan ibarətdir. Həmin gün, həmçinin fərdi məlumatların toplanılmasını, işlənilməsini həyata keçirən qurumlarda onların mühafizəsinə və qanunun istifadəsinə diqqətin artırılması ilə bağlı tədbirlər də keçirilir.

Ümumiyyətlə, fərdi məlumatların toplanılması və işlənilməsinin hüquqi bazasının yaradılması, onun daim təkmilləşdirilməsi istiqamətində dünyanın müxtəlif ölkələrində tədbirlər görülməkdədir.

Azərbaycanda da fərdi məlumatlarla əlaqədar mükəmməl qanunvericilik bazası vardır. Belə ki, fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin qanunvericilik əsaslarını və ümumi prinsiplərini, həmin sahədə dövlət tənzimləməsinin qayda və tələblərini, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması, informasiya sistemlərinin yaradılması, informasiyanın verilməsi və ötürülməsi qaydalarını, bu prosesdə iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən etmək, əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını, o cümlədən şəxsi və ailə sirrini saxlamaq hüququnu müdafiə etmək məqsədi ilə Milli Məclis 2010-cu ildə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmişdir. Qanun fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətləri, milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması, habelə fərdi məlumatların transsərhəd ötürülməsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi, o cümlədən bu sahədə fəaliyyət göstərən dövlət və yerli özünüidarə orqanlarının, hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.

Prezident İlham Əliyev tərəfindən “Fərdi məlumatlar haqqında” Qanunun tətbiq edilməsi barədə 2010-cu il iyunun 4-də imzalanmış Fərmanda qanunun icrasının təmin edilməsi məqsədi ilə xüsusi tapşırıqlar verilmişdir. Fərmana müvafiq olaraq aidiyyəti dövlət orqanları tərəfindən “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”, “Fərdi məlumatların mühafizəsinə dair tələblər”, “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatı ləğv edildikdə həmin informasiya sistemlərində olan məlumatların məhv edilməsi Qaydası” və “Dövlət qeydiyyatına alınması tələb olunmayan informasiya sistemləri” sənədləri hazırlanmış və Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmişdir. Azərbaycan Prezidentinin Fərmanı ilə “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları” da təsdiq edilmişdir.

Həmin sənədlərdə fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin qanunvericilik əsasları və ümumi prinsipləri, bu sahədə dövlət tənzimləməsinin qayda və tələbləri, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması, informasiya sistemlərinin yaradılması ilə bağlı mülkiyyətçi və operatorların üzərinə düşən vəzifələr və digər məsələlər öz hüquqi əsasını tapmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) AZƏRTAC-a verilən məlumata görə, fərdi məlumatlar haqqında qanunvericiliyə müvafiq olaraq fərdi məlumatların informasiya sistemləri, o cümlədən qanun qüvvəyə minənə qədər mövcud informasiya sistemləri RİTN-də dövlət qeydiyyatından keçməlidir. Bu, həm dövlət, həm yerli özünüidarəetmə orqanlarına, həm də hüquqi və fiziki şəxslərə aid fərdi məlumatların informasiya sistemlərinə şamil edilir.

Qanuna əsasən Azərbaycanda fərdi məlumatların informasiya sistemini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir. Lakin qanunda xüsusi istisna hallar da nəzərdə tutulmuşdur.

Dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan informasiya sistemlərinin mülkiyyətçiləri “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”na müvafiq surətdə RİTN-ə müraciət etməlidirlər. Dövlət qeydiyyatına alınmış informasiya sistemləri öz növbəsində fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilir. Bu barədə hər bir informasiya sisteminin mülkiyyətçisinə reyestrdən çıxarış verilir. Qanunvericiliklə müəyyən edilmiş hər hansı bir səbəbdən dövlət qeydiyyatı ləğv edilmiş informasiya sistemlərində olan fərdi məlumatlar “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatı ləğv edildikdə, həmin informasiya sistemlərində olan məlumatların məhv edilməsi Qaydası”na müvafiq olaraq məhv edilməlidir.

Ümumilikdə, fərdi məlumatların informasiya sistemləri yaradılarkən qanunvericiliklə müəyyən olunmuş qaydada fərdi məlumatların mühafizəsinə dair tələblərə əməl edilməlidir.

Qanuna müvafiq olaraq fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi sahəsində fəaliyyət Azərbaycanın qanunvericiliyinə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilməlidir. Bu məqsədlə qanunun icrasının təmin edilməsi barədə Azərbaycan Prezidenti tərəfindən 2010-cu il dekabrın 13-də imzalanmış Fərmanla “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə əlavələr edilmiş və müvafiq olaraq bu sahədə lisenziyanın verilməsi üzrə fəaliyyət RİTN-ə tapşırılmışdır.

Fərdi məlumatların subyektlərinin hüquqlarının mühafizəsinə gəldikdə, bu sahədə də qanunvericilikdə nizamlayıcı mexanizm qurulmuşdur. Artıq mövcud qanunvericilik hər bir şəxsə informasiya sistemində özü barəsində məlumatların mövcudluğu və həmin məlumatların əldə edilməsi mənbələri haqqında məlumat almaq, məlumatların məzmunu ilə tanış olmaq, məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək və digər hüquqlar verir. Bundan başqa, hər bir vətəndaş barəsində fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə qanunun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqlarının pozulduğu hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət edə bilər.

Ümumilikdə yuxarıda sadalanan və fərdi məlumatlar üzrə qanunvericiliklə RİTN-ə tapşırılan digər vəzifələrin icrasını təmin etmək məqsədi ilə hazırda nazirlikdə müvafiq işlər aparılır. Bu məqsədlə RİTN-in strukturunda müvafiq idarənin yaradılması da nəzərdə tutulmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib