Fərhad Acalov: Əminəm ki, ilk boks gecəsi Bakıda yüksək səviyyədə təşkil olunacaq
Bakı, 21 avqust, Leyla Qurbanova, AZƏRTAC
Avqustun 31-də Bakıda boks gecəsi keçiriləcək. “Baku Fight Lab” Promouterin təşkilatçılığı ilə keçiriləcək yarışda azərbaycanlı boksçular arasında döyüşlər təşkil ediləcək. Bu boksçulardan bəziləri artıq peşəkar rinqdə çıxış edən idmançılar, bəziləri isə həvəskar boksda böyük nailiyyətlər qazanmış və peşəkar rinqdə debüt edən idmançılar olacaq. Əminəm ki, ilk boks gecəsi Bakıda yüksək səviyyədə təşkil olunacaq.
Bu sözləri Azərbaycan Peşəkar Boks Federasiyasının birinci vitse-prezidenti, boks üzrə ilk azərbaycanlı dünya çempionu, Əməkdar idman ustası Fərhad Acalov AZƏRTAC-a müsahibəsində deyib.
O, qeyd edib ki, yarışın keçirilməsində məqsəd ölkəmizdə peşəkar boksu inkişaf etdirmək və bu sahədə ən güclü idmançıları aşkar etməkdir. F.Acalov yarışın pandemiya şərtlərinə uyğun, təhlükəsizlik qaydalarına və sosial məsafə prinsipinə tam əməl olunmaqla baş tutacağını qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [23:52]
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [22:12]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]