Fevralın 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
20-dən 21-nə keçən gecə yarımadanın bəzi yerlərində zəif qar yağacağı ehtimalı var. Gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 1-4° şaxta, gündüz 2-4° isti olacaqdır.
Bakıda gecə 2-4° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcəkdir.
Gecə və səhər yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən yağmursuz olacağı gözlənilir.
Temperatur gecə 6-11° şaxta, gündüz 4-9° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
əsasən yağmursuz olacaqdır. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 0-4° şaxta, gündüz 3-6° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
Gecə və səhər bəzi yerlərdə duman, az yağıntılı olacağı gözlənilir. Gün ərzində əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3-5° şaxta olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 14-19° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən yağmursuz olacaqdır. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 20-dək isti, gündüz 2-5° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperatur gecə 0-2° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.