CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 34 halda yanğına çıxış olub
![FHN: Ötən sutka ərzində 34 halda yanğına çıxış olub](/files/2023/3/1200x630/1698045669684826260_1200x630.jpg)
Bakı, 23 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər, o cümlədən intihara cəhd edən 1 nəfər xilas edilib. Həmçinin Quba rayonunun Qəçrəş kəndində “BAЗ” və “INFINITI” markalı iki minik avtomobilinin toqquşması nəticəsində nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.