FHN: Ötən sutka ərzində 9 nəfər xilas edilib
Bakı, 22 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 halda yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla doqquz nəfər xilas olunub. Bir nəfərin cəsədi bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:01]
FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var
- 16.10.2026 [12:51]
Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub
- 16.10.2026 [12:36]
Azərbaycan əhalisinin sayı açıqlanıb
- 16.10.2026 [12:31]
Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO
- 16.10.2026 [12:13]
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO
- 16.10.2026 [12:06]
Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]